Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni terrorçular Qarabağdakı bu mövqelərdən çıxarıldı

Tarix: 30-09-2021 13:35     Baxış: 4233 A- / A+
Erməni terrorçular Qarabağdakı bu mövqelərdən çıxarıldı

Qarabağdakı Rusiya sülhməramlılarının sabiq komandanı Rüstəm Muradovun postunu müvəqqəti icra edən general-mayor Mixail Kosobokovun vaxtında Tərtər rayonunun Talış və Suqovuşan kəndləri ilə üzbəüz ərazilərdə yerləşən, rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarındakı qurulan 10-a yaxın erməni səngəri, müşahidə məntəqəsi boşaldılıb, erməni silahlıları çıxardılıb və həmin mövqelər partladılıb.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında hərbi mütəxəssis Ədalət Verdiyev deyib.

Mütəxəssis bildirib ki, sözügedən mövqelərdə artıq UAZ Patriot markalı maşınlarla rus sülhməramlıları patrul xidmətini həyata keçirirlər:

“Əslində bu proses elə ilk gündən, yəni rus sülhməramlılarının ərazilərimizə yerləşdirilməsilə paralel olaraq baş verməli idi. Düzdür, Kəlbəcər, Ağdam, Laçın rayonlarında, eləcə də Qubadlı və Zəngilan rayonlarının 100-ə yaxın kəndindən erməni silahlıları tamamilə çıxarıldı. Amma yeni ildən sonra bu proseslərdə ləngimə gördük. Yalnız ləngimə deyil, həm də erməni silahlıları rus sülhməramlılarının gözü önündə Azərbaycan torpaqlarında səngər qazdılar, möhkəmləndilər. Bir neçə dəfə atəşkəsi pozdular, eyni zamanda, Azərbaycan hərbçilərindən xəsarət alan da oldu. Buna qarşı Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq, bəyanat da səsləndirib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar