Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağdərə və Xocalının geri verilməsi xəritəsi… – Araik danışdı

Tarix: 30-09-2021 12:46     Baxış: 4218 A- / A+
Ağdərə və Xocalının geri verilməsi xəritəsi… – Araik danışdı

RBK-nın məlum xəritəsi – hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgəyə daxil olan keçmiş Ağdərə rayonu, Xocalı və Xocavəndin mərkəzi Azərbaycana təhvil verilir – erməni jurnalistlər tərəfindən araşdırılıb. Məsələ hələ də müəmmalı olsa da, müəyyən məqamlar diqqət çəkir.


Ölkə.az xəbər verir ki, politoloq Asif Nərimanlı sosial şəbəkədəki paylaşımında bildirib ki, RBK xəritəni yayandan bir gün sonra silib – “Hraparak” qəzeti yazır.

Qarabağda yaşayan erməni ekspert Bella Lalayan deyir ki, müharibə başa çatandan sonra Xocalının təhvil verilməsi haqqında tez-tez danışırlar.

Separatçı-terrorçu rejimin qondarma parlamentinin xarici əlaqələr komitəsinin üzvü, daşnak Vahram Balayan bu haqda danışmaqdan imtina edib.

Baş separatçı Araik Arutyunyanın sözçüsü Lusine Avanesyan da susmağa üstünlük verib.

Erməni jurnalistlər, nəhayət, Arutyunyanın özü ilə təmas qura biliblər. Baş separatçıya jurnalistlər deyib ki, RBK xəritəni silməmişdən öncə onlardan məsələyə münasibət öyrəniblərmi?

“Hələlik bu məlumatı şərh etməyəcəm”. “Niyə şərh vermirsən”, – deyə jurnalist soruşub. “Əlimdə rəsmi nəsə olanda şərh edəcəm”, – deyə Araik cavab verib.

Jurnalist “İmzanız olmadan həmin bölgələrin Ermənistan hakimiyyəti tərəfindən təhvil verilməsi mümkündürmü”, – deyə soruşub.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar