Sizin Reklam Burada
Xəbər lenti
10-05-2024
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azad edilmiş ərazilərdə nə qədər sahə minadan təmizləndi? - RƏSMİ

Tarix: 28-09-2021 16:37     Baxış: 3138 A- / A+
Azad edilmiş ərazilərdə nə qədər sahə minadan təmizləndi? - RƏSMİ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən 2020-ci il 10 noyabr tarixindən bugünədək 5 430 ha ərazi təmizlənib, 24 925 ədəd mina və PHS aşkar edilib, bu il ərzində isə 4 854 ha ərazi təmizlənib, 14 884 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Manevr.az
-ın məlumatına görə, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclasında bildirilib.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən cari ilin sentyabr ayının 01-23 tarixlərində MN mühəndis bölmələri tərəfindən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonları üzrə 1119 ha ərazi təmizlənib, 91 ədəd PHS aşkar edilib. Cəbrayıl, Zəngilan və Füzuli rayonları üzrə çox illik əkin sahələrinin təmizlənməsi başa çatıb, Qubadlı rayonunda isə 71 ha ərazinin təmizlənməsi bitmək üzrədir. Bu sahələrdən 1628.626 ha ərazi təmizlənib, 427 ha ərazi isə təmizlənməli ərazidir. Ümumilikdə 12.014 ha ərazi mina və partlayıcı sursatlardan təmizlənib.

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən ümumilikdə 286 ha ərazi təmizlənib, 2 976 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar