Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

44 günlük dastan

Tarix: 27-09-2021 09:45     Baxış: 2300 A- / A+
44 günlük dastan

Azərbaycan Ordusu mənfur düşmənlə 44 gün qəhrəmancasına savaşıb, diz çökdürdü. Bu 44 günlük müharibə Azərbaycan xalqının şan-şöhrətini geri qaytardı, xalq olaraq qürurumuzu, inamımızı özümüzə qaytardı. Bu 44 günün hər günü bir tarixdir. Tarixi vərəqləyəndə hər birimiz şahid olmuşuq ki, heç bir müharibə qansız, Şəhidsiz və itkinsiz keçməyib. Müharibə Vətən uğrunda, işğalçıya qarşı savaşanda daha fərqli olur. İkinci Qarabağ Müharibəsində insanlar küçələrdə, döyüş meydanında “Hər şey Vətən üçün”, “Vətən naminə” deyərdilər.
30 ilə yaxın düşmən işğalında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və məqsədi idi. 18 ildir ki hər kəs bayramlarda təbrikləşərkən ".. İnŞəAllah gələn il Qarabağda qeyd edək." dediyini eşidirdim, artığ o arzumuzda reallaşdı..Tarixdə hələ belə müharibə olmayıb ki, işğal altinda olan torpaqlar tam şəkildə və qısa zaman ərzində geri alınsın. Amma bunu Azərbaycan Xalqı bacardı, bu ilkə imza atdı.
Bəli, şəhidlərimiz, yaralılarımız, itkin düşənlərimiz oldu. Təbii ki, müharibədə hər iki tərəfdə itkilər olur.
Azərbaycan Ordusunda bir nəfər də fərari olmaması bizim xalqın qeyrətini, mübarizliyini göstərdi. Yaralı əsgər və zabitlərimizib hərbi hospitallarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına. Müharibədə Azərbaycan xalqı yüksək mənəvi ruhunu göstərdi.
Hər şəhidimiz, eləcə də hər qazimiz, 44 günlük Vətən müharibəsində ölümün gözünə dik baxaraq rəşadətlə vuruşan hər bir əsgər və zabitimiz öz qəhrəmanlıqları ilə bir dastan yazdı. Bu qəhrəmanlıq milli dəyərlərimizi aşılayan bir məktəbdir gələcək nəsilə.Mənəviyyatımız qalibiyyətimizə yol açdı, bizim qalibiyyətimizdə milli dəyərlərimiz çox böyük rol oynadı. Məhz bu cür milli dəyərlərə sahib olan xalq qəhrəman oğullar yetişdirə bilər. Torpaq, Vətən sevgisi ilə yetişdirilən Azərbaycan oğulları əlbəttə, lazım gələndə bu müqəddəs amal uğrunda canlarından keçib şəhid olmağı özlərinə şərəf bildilər.
Allahdan bütün Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm.
Qarabağ Azərbaycandır!

Nabat İlham

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar