Xəbər lenti
“Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video

Ötən gün Qubadlının Eyvazlı kəndi yaxınlığında, Gorus-Qafan yolu üzərində qurulmuş Azərbaycan polis postunda içərisində Qarabağdan olan uşaqları daşıyan və üzərində qondarma “artsax” simvolları olan mikroavtobus saxlanılıb.
Ermənistan KİV-lərinin xəbərlərinə görə, Azərbaycan polisi 10-15 dəqiqə ərzində mikroavtobusu yoxlayıb və onun üzərindəki “artsax bayrağını” süngü-bıçaqla söküb. Sosial şəbəkələrdə yayılmış kadrlara əsasən polis əməkdaşı mikroavtobusun sürücüsünə deyir: “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!”
Həmin mikroavtobusun Qarabağdan olan erməni uşaq futbol komandasını daşıdığı bildirilir.
Xatırladaq ki, bir həftədir Azərbaycan polisi və sərhədçiləri Gorus-Qafan yolunun Qubadlının Eyvazlı kəndi yaxınlığından keçən hissəsində İran yük maşınlarını saxlayıb yoxlayır, onlardan yol vergisi tutur. Habelə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz olaraq yük daşıyan iki iranlı sürücü geri qayıdarkən Eyvazlı postunda saxlanılıb. Onların Azərbaycan qanunları əsasında məsuliyyətə cəlb olunacağı açıqlanıb./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































