Xəbər lenti 
					
 
		İran Xocalıda separatçılar üçün mənzil tikir – DETALLAR/VİDEO

İran separatçı-terrorçu rejimin Xocalıda apardığı tikinti işlərinə dəstək verir.
Manevr.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, Əsgəranda (Xocalının qəsəbəsi) aparılan tikinti işlərinə İran vətəndaşları da cəlb edilib.
“Onların sayı çox deyil, təxminən 2 nəfərdirlər. Ermənilər müharibədən sonra iş yerlərinin kəskin azalması fonunda bundan narahatdırlar. Xaricilərin işə götürülməsini qəbul etmirlər”, - nəşr qeyd edir.
Separatçıların “nümayəndəsi” Artur Qriqoryan İran vətəndaşlarının mənzil tikintisində iştirakını təsdiqləyib.
“Onlar farsdırlar” deyən Qriqoryan əlavə suallara cavab verməyib.
İran vətəndaşlarının separatçıların tikinti işlərində iştirakı İran şirkətlərinin Qarabağda separatçı-terrorçu rejimə dəstəyini sübut edir. İstisna deyil ki, mənzil tikintisini maliyyələşdirən ölkələrdən biri də İrandır.
Bu təsdiq edir ki:
- İranın Qarabağda separatçı-terrorçu rejimə dəstəyi təkcə qanunsuz yükdaşımadan ibarət deyil;
- Separatçıların mənzil tikintisində və digər layihələrində İran şirkətləri də iştirak edir;
- Xankəndinə daşınan qanunsuz yüklər İran şirkətlərinin layihələri üçündür;
- İran işğal dövründə olduğu kimi, indi də separatçı-terrorçu rejimlə əməkdaşlığı davam etdirir./publika.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















