Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İran Xankəndiyə nələr və niyə daşıyır? - 2 versiya

Tarix: 11-09-2021 19:47     Baxış: 4183 A- / A+
İran Xankəndiyə nələr və niyə daşıyır? - 2 versiya

İran Xankəndiyə yük daşımağa davam edir: yeni faktlar göstərir ki, son bir ayda İrana məxsus 58 yük maşını qanunsuz şəkildə Azərbaycana ərazisinə daxil olub, onlardan 55-i geri qayıdıb.

İyulun 11-dən avqustun 8-nə qədər olan müddətdə isə İrana məxsus 35 yük maşını (31 yanacaqdaşıyan və 4 TIR) Xankəndiyə 70 səfər həyata keçirmişdi.

Ötən ay məsələ ilə bağlı Azərbaycan İrana etiraz etdi, bu ölkənin Azərbaycandakı səfirliyi isə “araşdırdıq, belə fakt yoxdur” iddiasından yapışdı və yenə qanunsuz, həm də şübhəli yükləri daşımağa davam etdilər.

Rəsmi Bakı İranın yeni hökumətinin bu məsələyə həssas yanaşacağını gözləsə də, dəyişən bir şey yoxdur, sadəcə taktikanı dəyişdiriblər: İran maşınlarının nömrələri erməni nömrələri ilə əvəzlənir.

İran səfirliyindən soruşsaq, yenə eyni cavab veriləcək: bunların “tövbəsi” də çayı keçənə qədərdir.

Əsas şübhəli məqam “humanitar yük”lərin nədən ibarət olmasıdır:

11 iyul-8 avqust tarixində 31 yanacaqdaşıyan maşın Xankəndiyə yük daşıyıb. Qarabağda müvəqqəti yerləşən rus sülhməramlılarının təminat və təchizat işi açıq şəkildə həyata keçirilir. Separatçı-terrorçular bu qədər yanacağı nə edirlər?

1. Yanacaqdaşıyan maşınlar yanacaq daşımır: gerçək yükü gizlətmək üçün bu yola əl atırlar və bu məqam yükün silah-sursat olması ehtimalını önə çıxarır;

2. Yük həqiqətən yanacaqdan ibarətdirsə, bu, Qarabağda qalan qanunsuz erməni silahlılarına göndərilir: əllərində qalan hərbi texnikanın işlək vəziyyətdə saxlanılması və s. məqsədlər üçün istifadə olunur.

TIR-ların da nə daşıdığı bəlli deyil. 11 avqust-11 sentyabr tarixində Xankəndiyə gələn İranın 58 yük maşınının nə daşıdığı da naməlum olaraq qalır.

Və 3 yük maşınının Qarabağda – ermənilərin yaşaması üçün ayrılan ərazilərdə qalması da şübhəli məqamlardandır.

İran “Azərbaycana fətva, Ermənistana əməli dəstək” siyasətini davam etdirir. I Qarabağ müharibəsində bu, “Azərbaycana saqqız, Ermənistana silah” formasında idi. Dəyişən heç nə yoxdur.

Asif Nərimanlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar