Xəbər lenti
Azərbaycanın paytaxtı Ağdam və ya Şuşaya köçürülə bilərmi? - RƏY

"Bakı paytaxt olaraq qalsın, amma yükü azaldılsın. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin bəzi bölmələri, universitetlər azad edilmiş şəhərlərə köçürülsün”.
Manevr.az bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Bakının yükünün azaldılması üçün paytaxtın Qarabağdakı şəhərlərdən birinə - Ağdam və ya Şuşaya köçürülməsi məsələsindən danışarkən deyib.
Ekspertin sözlərinə görə, təhlükəsizlik baxımından paytaxtın sözügedən ərazilərə köçürülməsi müəyyən problemlər yarada bilər:
Paytaxtın yeri seçilərkən adətən təhlükəsizlik məsələsinə xüsusi diqqət verilir. Bu mənada paytaxtın Bakıdan Qarabağdakı şəhərlərdən birinə köçürülməsi İran və Ermənistana yaxın olduğundan təhlükəsizliklə bağlı məsələdə müəyyən problemlər yarada bilər. Bununla belə, Bakı paytaxt olaraq qala bilər”.
Bütün hallarda həmsöhbətimiz Bakının paytaxt olaraq yükünün azaldılmasının mütləq olduğunu bildirib:
"Bu barədə düşünməliyik. Bunun üçün də bəzi nazirlik, dövlət idarələri, universitetlər işğaldan azad olunmuş şəhərlərə köçürülməlidir. Bunun baş verməsi orada iqtisadi aktivliyin yaranması və inkişafa səbəb olacaq. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin bəzi bölmələrinin Bakıda olmasının heç bir önəmi yoxdur. Universitetlərin də Bakıda cəmlənməsi doğru deyil. Tibb Universiteti Ağdamda, Mühəndislik Universiteti Qubadlı və Füzulidə, Mədəniyyət Universiteti isə Şuşada açılmalıdır. Belə olarsa, həmin bölgədə ciddi şəhər mədəniyyəti yaranar. Bu mənada Bakının yükünün azaldılması üçün indi gözəl imkan yaranıb və ondan istifadə etməliyik. Universitetlərin işğaldan azad olunmuş şəhərlərdə yerləşməsi həm məskunlaşmanı sürətləndirəcək, həm də onların ətrafında iqtisadi fürsətlər yaradacaq. Kirayə mənzillər, kafelər, restoranlar, tələbə şəhərcikləri, müəyyən istehsal sahələri orada iqtisadi canlanmaya da gətirib çıxaracaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar