Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azad edilmiş üç rayonda seysmik stansiyalar quraşdırılacaq

Tarix: 31-08-2021 18:23     Baxış: 3177 A- / A+
Azad edilmiş üç rayonda seysmik stansiyalar quraşdırılacaq

"Gələn ilin birinci yarısına qədər Ağdam, Cəbrayıl və Kəlbəcərdə seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur".

Manevr.az
xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, artıq seysmik stansiyaların quraşdırılması ilə bağlı plan hazırlanıb: "Tikintiyə başlamaq üçün avadanlıqlarımız da hazırdır. Hazırda sözügedən ərazidə minatəmizləmə prosesinin yekunlaşmasını gözləyirik. Bu stansiyalar yaşayış məkanlarından kənarda qurulur. Minatəmizləmə ilkin olaraq yaşayış məkanlarını əhatə etdiyinə görə gözləməli oluruq. Bu proses yekunlaşandan sonra Qarabağın 3 rayonunda keçmiş stansiyaların yerləşdiyi məkanlarda stansiyalar qurulacaq".

Q.Yetirmişli deyib ki, sonrakı mərhələlərdə Qarabağın 7 rayonunda da seysmik stansiyaların quraşdırılması planlaşdırılır: "Sözügedən rayonlarda əvvəlcədən seysmik stansiyalar olmayıb və ilk dəfə quraşdırılacaq. Ümumilikdə, plan Qarabağın 10 rayonunu əhatə edəcək və 2024-cü ilin sonuna qədər proses tamamilə
yekunlaşacaq".(report)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar