Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Laçın dəhlizində təlimlər, o cümlədən PUA həmləsinə qarşı...

Tarix: 30-08-2021 11:11     Baxış: 4203 A- / A+
Laçın dəhlizində təlimlər, o cümlədən PUA həmləsinə qarşı...

Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazilərində yerləşdirilmiş sülhməramlı kontingentin növbəti döyüş təlimləri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, sülhməramlılar “şərti düşmənin pilotsuz aviasiyadan istifadə edilməklə mümkün pozuntularının qarşısının alınması və Laçın dəhlizi boyu müşahidə postlarında təhlükəsizliyin təmin edilməsi” üzrə məşq keçiblər.

Məşğələlərin 6 təlim məntəqəsində keçirildiyi bildirilir. “Təlim zamanı hərbi qulluqçular yeni taktiki fəndlər və yerləşmə ərazisindən çıxış zamanı yeni fəaliyyətlər icra ediblər. Bundan əlavə, şərti pozucunun blokadaya alınması və təyin olunmuş hüdudlara ərazinin relyefindən istifadə etməklə gizlicə manevr edərək çıxış məşq edilib”,-məlumatda deyilir.

Bildirilir ki, indiki təlimlərin xüsusiyyətləri müşahidə postunun məsuliyyət zonasında pilotsuz uçan aparatın aşkar edilməsi vəzifələrinin yerinə yetirilməsi olub. PUA aşkar edilməsi barədə məlumat qapalı rabitə kanalları ilə Rusiya sülhməramlı kontingentinin idarəetmə mərkəzinə ötürülüb.

Sülhməramlı kontingentin nümayəndəsi Vladislav Vorobyov bildirib ki, şəxsi heyət zirehli texnikanın dəstəyi ilə döyüş mövqeləri tutub, mövqelərə hərəkət edib. “Məşğələlər praktiki fəaliyyətlərin icra olunduğu kompleks məşqlərlə tamamlanıb”,-o bildirib.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti vaxtaşırı olaraq bu cür təlimlər keçirirlər. İndiki təlimlər isə Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissələrinin sərhədçimizə edilmiş hücumun ardınca bağlanmasından (hazırda yol açılıb) sonraya təsadüf edir. Həmin günlərdə erməni KİV-ləri yazmışdılar ki, Laçın dəhlizi boyu Rusiya sülhməramlıları gücləndirilmiş növbətçilik həyata keçirirlər və az qala hər kilometrdən bir patrullar yerləşdirilib. Eləcə də sosial şəbəkələrin erməni seqmentində vaxtaşırı olaraq Azərbaycanın Laçın dəhlizini bağlayacağı haqda şaiyələr yayılır və bu da erməniləri təşvişə salır./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar