Xəbər lenti
Ermənistan ordusunun sülh şəraitində verdiyi itkilər — 30-dan artıq zabit, gizir və ...
Son illərdə Ermənistan ordusunda hərbçilərin intihar etməsi hallarının artması Paşinyan hakimiyyətinin yuxusuna haram qatıb. Bir var hərbi əməliyyat zamanı itki verəsən, bir də var ki, orduda hökm sürən qanunsuzluq, korrupsiya, nizam-intizamın olmaması, “dedovşina” hallarına görə əsgərlərin, gizirlərin və hətta zabitlərin çıxış vəziyyəti kimi canlarına qıyaraq intihar etməsi... Ümumiyətlə, Ermənistan ordusunda cinayətkarlığın hökm sürməsi, korrupsiya hallarının ordunu bürüməsi, nizam-intizamın zəif olması, hərbçilərin sağlamlığının çox aşağı olması, “dedovşina” hallarına görə ildə onlarla hərbçi özünün həyatına son qoyur.
Ermənistanın rəsmi statistikasına istinad etsək görərik ki, erməni ordusu 2017-ci ildə döyüş mövqeyindən kənarda 56, 2018-ci ildə 63, 2019-cu ildə 49, 2020-ci ilin 2 ayında isə 13 itki verib.
Ermənistan ordusunda baş verən böhranla bağlı vəziyyəti hətta Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində etiraf edib və bunun başvermə səbəblərini açıqca dilə gətirib. Paşinyan etiraf edib ki, Ermənistan ordusunda hökm sürən cinayətkarlıq və cəzasızlıq, korrupsiya halları hərbçilərin sülh şəraitində ölümünə səbəb olur. Paşinyan qeyd edib ki, təkcə 2020-ci ildə sülh şəraitində 13 hərbçi ölümü baş verib: “Bunlaırn 5-i xəstəlikdən, 4-ü bədbəxt hadisə nəticəsində, 4-ü isə özünü intihar edib. Baxın bu, problem deyil, bəs nədir?”.
Paşinyan burada Ermənistanda səhiyyənin bərbad vəziyyətdə olmasına da açıqca işarə edərək deyib ki, ölkədə səhiyyənin durumu yaxşı olmadığından sağlam olmayan gənclər orduya gedir və ölüm halları baş verir.
Paşinyan onu da etiraf edib ki, 2019-cu ildə Ermənistan ordusunda baş verən ölüm faktları əvvəlki illərlə müqayisədə çox aşağıdır. O, deyib ki, 2019-cu ildə cəmi 49 həbçi ölümü fakt baş verib.
Ermənistan ordusunda baş verən qanunsuzluqlara görə Paşinyanın sərəncamı ilə fevralın 18-də Hərbi polisin rəisi Artur Baqdasaryan və mənəvi-psixoloji hazırlıq idarəsinin rəisi Aleksan Aleksanyan tutduqları vəzifədən azad edilib.
Ermənistan ordusunda baş verən itkilərı təsnifatlandırarkən çox maraqlı məqamlar ortaya çıxıb. Belə ki, 2018-ci ildə orduda 63 ölən hərbçinin 23-ü müqavilə əsasında xidmət edənlər, 2-i gizir, 11-i isə zabit olub. Ölən 63-nəfərdən ancaq 7-si Azərbaycanla sərhəddə döyüş mövqeyində ölüb. 11 hərbçi intihar edib, 2-i silahla ehtiyatsız davrandığı üçün, 3-ü xəstəlikdən, 1-i maşının minaya düşməsi nəticəsində ölüb, 1-i öldürülüb, 3-ü bədbəxt hadisə nəticəsində, 6-sı avtoqəza, 2-i uçuş qaydalarını pozarkən ölüb. Ümumiyyətlə, 25 ölüm faktının hərbi xidmətə heç bir aidiyyatı olmayıb.
Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan öz Facebook səhifəsində 2019-cu ildə 49 hərbçinin ölüm səbəblərini açıqlayaraq qeyd edib ki, onların 14-ü həqiqi hərbi çağırışçı olub. Qalan 22-si müqavilə əsasında xidmət edənlər, 5 gizir və 8 zabit ölüb. O əlavə edib ki, 49 ölüm hadisəsinin ancaq 20-si hərbi xidmətlə bağlıdır, yerdə qalan 29-fakt hərbi xidmətlə əlaqəli deyil. Ölüm hallarının 7-si intihar və intihara məcbur edilmə nəticəsində baş verib.
2019-cu ildə ölən hərbçilərin 4-ü digər erməni hərbçi tərəfindən qətlə yetirilib. Bir neçəsi isə xəstəlikdən dünyasını dəyişib.
Bunlar rəsmi faktlardır. Lakin Ermənistan cəmiyyətində çaxnaşma yaranmasın deyə ölüm hallarının azaldılması da istisna deyil.
Ölüm faktlarının təsnifatını apararkən daha çox zabitlərin, gizirlərin və müqaviləli hərbi xidmətdə olanların ölüm faktı ortaya çıxır. Rəsmi statistikaya görə son 3 ildə 30-dək erməni zabiti intihar və intihara məcburetmə nəticəsində özünü öldürüb. Bura gizir və müqavilə əsasında hərbi xidmət çəkənləri əlavə etsək, o zaman ordudakı korrupsiyanın, cinayətkarlığın hansı səviyyədə olduğunun şahidi olarıq. Zabitlərin ölümünə səbəb isə daha çox ordudakı cinayətkarlıq və korrupsiya hallarıdır. Belə ki, yüksəkrütbəli zabitlərin tabeçiliyində olan zabit, gizir və müqavilə əsasında xidmət edənlər qarşısında şərtlər qoyması, onlardan rüşvət istənilməsi, qanunsuz hərəkətlərə sövq edilməsidir.
Ermənistan ordusunda ölüm faktlarının digər əsas səbələrindən biri də ölkədəki səhiyyənin pis durumda olduğunu sübut edir.
Ermənistan rəhbərliyinin orduda islahatlar aparmaq cəhdi də nəticə vermir, əksinə vəziyyət getdikcə daha acınacaqlı hal alır. Gənclər hər vasitə ilə ordudan yayınmağa çalışırlar. Bu da rüşvətin həcminin daha da artmasına gətirib çıxarır. Digər tərəfdən müqavilə ilə xidmət edənlərin müqavilədən öncə xidmtələrinə xitam verilməsi isə daha baha başa gəlir. Çünki ordunun komplektləşdirilməsində problem olduğundan onları azad etmirlər. Edəndə daha çox miqdarda rüşvət tələb olunur. Müqavilə əsasında xidmət edənlər əsasən daha kasıb təbəqənin təmsilçiləri olduğundan onlardan tələb olan rüşvəti verə bilmirlər. Dözə bilən qalıb birtəhər dözür, dözməyən də vəziyyətdən çıxış yolunu intiharda görür./ölke.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar