Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Bitməyən ömrün yarımçıq gündəliyi" nəşr edildi

Tarix: 01-02-2025 15:20     Baxış: 268 A- / A+

44 günlük İkinci Qarabağ müharibəsi şəhidi Sahib Musayevə həsr edilən kitab çapdan çıxıb.
Manevr.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Namiq Dəlidağlının növbəti kitabı 44 günlük İkinci Qarabağ müharibəsində  şəhid olan Sahib Musayevin qəhrəmanlığından bəhs edir.  
"Bitməyən ömrün yarımçıq gündəliyi" kitabında Şuşa fatehinin doğmalarının, döyüş yoldaşlarının, dostlarının xatirələri, onun yarımçıq gündəliyindən qeydlər, ömrünün müəyyən məqamlarını əks edirən rəngli foto-albom, müəllifin şəhidin xatirəsinə həsr etdiyi şeirlər yer alıb. 
Kitabın ideya müəllifi şəhidin ömür-gün yoldaşı Pərvin Musayeva, redaktoru isə Nigar Nərimandı.
 
Qeyd edək ki, Sahib Musa oğlu Musayev (1984-2020) 21 iyul 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 2001-ci ildə tam orta məktəbi bitirib. Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçib. 19 oktyabr 2002-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq kəşfiyyatçı-istehkamçı, baş kəşfiyyatçı, manqa komandiri vəzifələrində xidmətini davam etdirib. 
2006-cı ildə Azərbaycan Respublikası silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2006- cı il tarixli əmri ilə “gizir” hərbi rütbəsi verilib. Xüsusi təyinatlı alayın xüsusi təyinatlı qrupunun kəşfiyyatçısı (sanitar), xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət edib. Vətən müharibəsində xüsusi əməliyyat tapşırıqlarının uğurla yerinə yetirilməsində şəxsi şücaət nümunələri göstərib. Qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlib. Bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsində xüsusilə fərqlənib. 

2020-ci il noyabrın 7-də Şuşa şəhəri ərazisində kəşfiyyat - döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Sağlığında “Azərbaycan Ordusunun 90 illiyi (1918- 2008)”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)”, “Şücaətə görə”, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid 12 noyabr 2020-ci ildə doğulduğu Qax rayonunun Şotavar kəndində torpağa tapşırılıb. Ailəli idi. Bir qız və bir oğul yadigarı qalıb. 


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar