Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən 8 noyabr 2020-ci ildə Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Prezidentin tapşırığı ilə ADSEA mütəxəssislərindən ibarət qrup əraziyə ezam olunub. Su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb. Məlum oldu ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərlərini də bərbad hala salıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq Kiçik Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 25 noyabr 2020-ci ildə Şuşa şəhərinə suyun verilməsi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi, Zarıslı sugötürücü qurğusu, uzunluğu 14,3 km olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib.
Şəhərin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 mm, uzunluğu 2,9 km olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda diametri 325 mm, uzunluğu 9,3 km olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 km-lik hissəsi diametri 530-426 mm olan borularla dəyişdirilib.
Görülmüş işlərin nəticəsi olaraq yeni mənbədən şəhərə suyun verilməsi ilə yaşayış məntəqələri, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.
Şuşa Sukanal Sahəsinin baş mühəndisi Pərviz Məhərrəmov qeyd edib ki, Şuşa şəhərinə 2 mənbədən su daxil olur: Zarıslıçay və Kiçik Kirs su mənbəyindən. "Bu mənbələrdə aparılan yenidənqurma işləri nəticəsində Zarıslıçay mənbəyinin hövzəsində tikilmiş bənddə nasos stansiyası qurulub".
O, həmçinin, diqqətə çatdırıb ki, Şuşa şəhərinin daimi su ilə təminatında nəzərdə tutulan sutəmizləyici qurğunun qısa müddətdə istifadəyə verilməsi məqsdilə lazım olan tədbirlər görülüb.
"Buradan təmizlənmiş su 2000 kubmetrlik anbara ötürülür. Bütün emal proseslərindən keçdikdən sonra sakinlərə çatdırılır".
Mövcud sutəmizləyici qurğuda 12 ədəd qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib.
Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Ümumi həcmi 6000 kubmetr olan 3 ədəd su anbarı layihələndirilib və anbarlardan birinin tikintisi başa çatdırılıb.
Şəhərdə yenidənqurma işləri çərçivəsində salınan yeni yaşayış kompleksinin sakinləri də 24 saat dayanıqlı, keyfiyyətli su ilə təmin edilib.
Düşmən işğal müddətində Qarabağın bütün gözəlliklərini soldurub. "Xan qızı" bulağını da qurudub. 44 gün davam edən Vətən müharibəsindən sonra "Xan qızı" bulağı bərpa olunaraq yenidən Şuşa sakinlərinin, qonaqların istifadəsinə verilib.
2040-cı il perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən şəhərin orta günlük su tələbatı 105 l/san təşkil edir. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək.
Şəhərin Baş Planına uyğun hazırlanmış layihəyə əsasən Şuşa şəhərində 24 km magistral su kəməri, 44 km içməli, 42 km tullantı və 41 km yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqar çayına axıdılacaq.
Şuşa şəhərində yaradılan yeni infrastruktur "Ağıllı su" sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar