Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Füzuli şəhərində mərkəzi parkın salınmasına başlanacaq

Tarix: 15-10-2024 11:52     Baxış: 4170 A- / A+
İşğaldan azad edilmiş ərazilərdə Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə müxtəlif layihələr icra olunur.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
"Əksər layihələr digər dövlət qurumlarının sifarişi ilə həyata keçirilən layihələrdir ki, bizim tərəfimizdən maliyyələşir.


Bu layihələrin bir neçəsini misal çəkə bilərəm. Prezident İlham Əliyevin göstərişi ilə Ağdamda imarət kompleksinin yenidənqurma və bərpasına Fond tərəfindən maliyyə dəstəyi ayrılıb. Şahbulaq qalasının ətrafında turizm infrastrukturunun qurulması işlərinə maliyyə dəstəyi ayrılır.
Füzuli şəhərində çox böyük mərkəzi parkın salınması və onun ərazisində müxtəlif obyektlərin, o cümlədən, restoranların, oyun və idman meydançalarının, körpülərin və digər obyektlərin tikintisi artıq, demək olar, ekspertiza mərhələsindədir və bu yaxınlarda bu işlərə başlanılacaq.
Eyni zamanda, Fondun dəstəyi ilə Şuşa şəhərində bir neçə obyekt, o cümlədən, qədim Karvansaray və muzey binası, Füzuli şəhərində və Zəngilan rayonunda ekologiya ilə bağlı bir layihəmiz olub. Bu yaxınlarda ölkə rəhbərliyinin tapşırığı ilə Mədəniyyət Nazirliyi ilə birlikdə artıq Qarabağda memorial komplekslərin yaradılması layihəsinə maliyyə dəstəyini ayırmağa başlayırıq. Bu kimi layihələr çoxdur", - deyə o əlavə edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar