Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Doğma tək qəbul etməz heç zaman Şuşa yadı - ŞEİRLƏR

Tarix: 17-09-2024 11:26     Baxış: 3445 A- / A+



YOLUMUZ ŞUŞAYADI

Dağlar qoynunda Şuşa
Mənim heyrət qalamdı. –
Uzanır Zəfər yoly,
Yollar dolam-dolamdı...

Bəxti açılıb Kirsin,
Düşmənlər yerə girsin!
Hönkürən dərdli könül
Çox çətin ki, kirisin...

Daşaltıdan baxıram
Qayalı sıldırıma.
Şuşaya qalxan gərək
Çevrilsin ildırıma...

Dirənsəm də yoxuşa,
Qəlbim təsəlli tapır.
Fikrim Cıdır düzündə
Cövlan edir, at çapır...

Dolanmasan sən əgər
Bu dağların başına,
Heç vaxt çata bilməzsən
Burda mənzil başına...

Maşınımız şütüyür,
Yolumuz Şuşayadı,
Doğma tək qəbul etməz
Heç zaman Şuşa yadı...

17.07.2024







SƏSİM ŞUŞADAN
GƏLİR

Şuşaya qayıdıram,
Əllərim tir-tir əsir.
Ürəyim doğma yurdun
Görüşünə tələsir...

Həsrətlə göz dikmişəm
Dərələrə, dağlara.
Xəyalən qayıdıram
Ötən şirin çağlara...

Ümid çiçəkləriylə
Bəzənib sağım, solum.
Ötüb gedən illərin
Üstündən keçir yolum...

Elə bil ki, sevinir
Doğma ağaclar, kollar.
Qibləgahım Şuşaya
Aparır bizi yollar...

Topxana meşəsində
Topa dönüb hər ağac...
Çiçəklərlə bəzənib
İndi bütün yal-yamac...

Sevinir Cıdır düzü,
Sevinir Üçmıx dağı.
Xarı bülbüllər olub
Çəmənlərin çırağı...

Köksümdə tir-tir əsən
Yarpağa dönüb ürək.
Ciyərimə məlhəmdi
Vətən qoxulu külək...

Nə dərdim? –
Bu sübh yeli –
Nəsim Şuşadan gəlir.
Şükür olsun Allaha,
Səsim Şuşadan gəlir...

17.07.2024



ŞUŞADA SÜBH GƏZİNTİSİ

Şuşada gəzə-gəzə
Köks ötürürəm hərdən.
Xatirələr boylanır
Uçuq pəncərələrdən...

Təzə Şuşa rəng qatır
Başımdakı havaya.
Uçuq evlər bənzəyir
Quşu uçan yuvaya...

Qabağa gedə-gedə
Geriyə qayıdıram.
Mürgülü keçmişimi
Yuxudan oyadıram...

Yaralı xatirələr
Mənim qəlbimi üzür...
Sanki Şuşa böyüyüb,
Kiçilib Cıdır düzü...

Evlər sahibsiz qalıb
Rahat yata bilmirəm.
Mən daha bu məkanda
At oynada bilmirəm...

18.07.2024. Şuşa



XARIBÜLBÜL HEYKƏLLƏRİ

İllər öncə
yamacda dizimi yerə qoyub,
bir Xarıbülbül çiçəyini
qoxlamışdım...
O ətri bu vaxta qədər
yaddaşımda saxlamışdım.
İndi arzularım
təptəzə olsa da,
yaralarım köhnədi...
Yenə də Xarıbülbül həsrəti
içimi göyüm-göyüm göunədir...
Dünyanın hər yerində
təbiət möcüzələr yaradır,
ancaq heç harda
bu çiçəyin bənzəri yoxdu...
İndi azad Şuşada
Xarıbülbül heykəllləri
Xarıbülbüllərin özündən çoxdu...
Həsrət ayazında üşüyən qəlbim kimi
gecənin ayazında üşüyən
heykəllər bumbuzdu, soyuqdu.
Ancaq təəssüf ki,
əzəmətli Xarıbülbül heykəllərində
bir zaman qəlbimi titrədən
zərif bur Xarıbülbülün
qüdrəti yoxdu...

19.07.2024. Şuşa

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar