Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ağdamın Nəmirli kəndinə neçə ailə köçürüləcək?

Tarix: 28-05-2024 17:16     Baxış: 3303 A- / A+
Ağdamın Nəmirli kəndinə neçə ailə köçürüləcək?
Ağdam rayonunun Nəmirli kəndinə 3036 nəfərin köçürülməsi planlaşdırılır, bunun üçün 759 fərdi ev inşa ediləcək, ilkin mərhələdə isə kəndə 179 ailənin köçürülməsi nəzərdə tutulub.
Manevr.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.
Bildirilib ki, kəndin layihələndirilən ərazisi 211 hektardır, bu da Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır.
İlk mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar