Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
26-09-2025
BÜTÜN XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazilərdə 70 obyekt istifadəyə veriləcək

Tarix: 24-05-2024 19:39     Baxış: 4177 A- / A+
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təbii resursların iqtisadi aktivliyə cəlb edilməsi prosesi gedir.
Manevr.az report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov deyib.
Onun sözlərinə görə, Ağdam rayonunda yerləşən Şahbulaq daş karxanasının istifadəyə verilməsi ilə 227 nəfər işlə təmin edilib: "Bu yaxşı bir göstəricidir, nəzərə alsaq ki, həmin müəssisə hələ tam gücü ilə işləmir. Bu proses davam edir".
Ə. Məmmədov bildirib ki, eyni zamanda həm Kəlbəcərdə, həm də Laçında 5 kiçik su elektrik stansiyanın bərpası davam etdirilir və yaxın vaxtlarda istismara veriləcək. Bu addımlar bölgədə iqtisadi aktivliyə öz töhfəsini verir, Baş İdarənin rəisi əlavə edib.
"Qeyd etmək istərdim ki, Xankəndi şəhəri, Xocavən, Xocalı və Ağdərə rayonlarında təsərüffat subyektlərinin, yəni obyektlərin bərpası və onların yenidən dövriyyəyə qaytarılması prosesi gedir. Hazırda bu istiqamətdə 25 təsərrüfat subyekti artıq fəaliyyət göstərir ki, burda da 252 nəfər işlə təmin edilib. Bunun da, 50 %-dən çoxu məcburi köçkündür. Bu il ərzində daha 45 təsərrüfat subyekti fəaliyyətə başlayacaq.
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 70 obyektin istifadəyə verilməsi nəticəsində 1 009 nəfər işlə təmin ediləcək. Bu ərazilərdə, əsasən məskunlaşma gedən yerlərdə bütün sahələrdə iqtisadi aktivliyin artırılması əsas hədəfdir", - Ə. Məmmədov vurğulayıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar