Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
02-03-2025
BÜTÜN XƏBƏRLƏR

Kəndlər Azərbaycana nə vaxt qaytarılacaq? - Tarix AÇIQLANDI

Tarix: 22-05-2024 18:53     Baxış: 3147 A- / A+
Kəndlər Azərbaycana nə vaxt qaytarılacaq? - Tarix AÇIQLANDI 
Azərbaycanlılar iyunun sonunda Kirants kəndinin girişində görünməyə başlayacaq.
Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.
Məlumata görə, dünən axşam saatlarında Ermənistanın Tavuş vilayətinin Kirants icma zalında toplantı keçirilib. "Əməkdaşlar bir neçə saat ərzində bir qrup Kirants sakini ilə təzminat məsələlərini müzakirə ediblər", - qəzet yazıb.
Bildirilir ki, Ermənistan hökuməti demarkasiya zamanı evlərini itirən insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir.
"Artıq kəndin “sovxoz” məhəlləsində tikinti işlərinə başlayıblar. Bir aya necə ev tikəcəklərini söyləmək çətindir. Məsələ ondadır ki, Azərbaycana keçən iki evin sahiblərinə möhlət verilib, onlar iyunun 24-dək evlərini boşaltmalıdırlar", - məqalədə qeyd olunur.
Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları mayın 15-də Qazaxın 4 kəndinə dair protokol imzalayıb.
Delimitasiya komissiyalarının birgə press-relizdə bildirilib ki, Protokol sərhəd xəttinin birbaşa Bağanıs - Bağanıs Ayrım, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrimli və Berkaber - Qızılhacılı yaşayış məntəqələri arasında olan hissələrini müəyyən edir. Tərəflər yerdəki geodeziya ölçmələri əsasında koordinatları SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun dəqiqləşdiriblər.
Dəqiqləşdirilmiş yerlərdə sərhəd dirəkləri quraşdırılıb. Bu koordinatlar yuxarıda qeyd olunan 1976-cı il xəritələrindən götürülüb. Beləliklə, bu ərazilərdə sərhəd xəttinin bərpası başa çatdırılıb, razılaşdırılıb, protokol imzalanıb və bu ərazilərdə sərhəd delimitasiya edilmiş sayılır./modern.az

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar