Xəbər lenti 
					
 
		Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimində - ŞƏKİL
 Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev artilleriya bölmələri ilə keçirilən nümayiş döyüş atışlı taktiki təlimi izləyib.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev artilleriya bölmələri ilə keçirilən nümayiş döyüş atışlı taktiki təlimi izləyib.Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Baş Qərargah rəisi səhra məntəqəsinə gələrək tapşırıqların icrası zamanı komandir və qərargah zabitlərinin xəritə üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Bildirilib ki, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, döyüş texnikası və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətləri məşq ediblər.
Qeyd olunub ki, praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib.
General-polkovnik K.Vəliyev təlimin gedişatını müsbət qiymətləndirib, bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsi məqsədilə keçirilən təlim və məşqlərin intensivliyinin, keyfiyyətinin daha da artırılması ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verib.



	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















