Xəbər lenti 
					
 
		Turşsu sakinləri bu tarixdə doğma yurdlarına köçürüləcək

Media nümayəndələri bir neçə gün əvvəl Prezident İlham Əliyevin təməlini qoyduğu Şuşa rayonun Turşsu qəsəbəsində olublar.
Manevr.az xəbər verir ki, qəsəbə barədə media nümayəndələrinə layihə rəhbəri Elnur Abdullayev məlumat verib.
O bildirib ki, ilkin mərhələdə qəsəbəyə 50 ailə - 202 nəfər köçürüləcək:
"Şuşa rayon inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi dəniz səviyyəsindən 1938 metr yüksəklikdə, Şuşa-Laçın yolunun 16-cı km-liyində yerləşir. Qəsəbə ərazisində 353 ev tikintisi nəzərdə tutulub. İlkin olaraq 50 ailənin köçürülməsi planlaşdırılır. Oktyabr ayının sonunda 50 ailə üçün nəzərdə tutulan evin tikintisi başa çatacaq. Noyabr ayının əvvələrində isə 50 ailə olmaqla 202 nəfərdən ibarət sakinin köçü planlaşdırılıb. Ailə saylarına, tərkiblərinə uyğun olaraq otaqların bölgü məsələləri həllini tapmışdır. İlkin mərhələdə kənd ərazisində 3 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5 otaqlı evin tikintisi nəzərdə tutulub".
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















