Xəbər lenti 
					
 
		I Qarabağ döyüşləri zamanı itkin düşən hərbçi və mülki şəxslərin nəşləri tapılaraq dəfn olundu
 1993-cü ildə Ağdamda I Qarabağ döyüşləri zamanı itkin düşən hərbçi Əliyev Hikmət Zili oğlu və mülki şəhid Əzizov Məhərrəm İsmayıl oğlu dəfn olundu.
1993-cü ildə Ağdamda I Qarabağ döyüşləri zamanı itkin düşən hərbçi Əliyev Hikmət Zili oğlu və mülki şəhid Əzizov Məhərrəm İsmayıl oğlu dəfn olundu.Hikmət Zili oğlu Əliyev 01.01.1974-cü ildə Mərzili kəndində dünyaya gəlib. 1990-cı ildə Mərzli kənd orta məktəbini bitirib.
1992-ci ildə Azərbaycan Milli ordusunda hərbi xidmətə başlayıb. Vətənin müdafiəsi və azadlığı uğrunda erməni işğalçılarına qarşı döyüşüb.Xocavənd rayonunun Qarakənd, Ağdam rayonunun Abdal-Gülablı, Bağbanlar, Şelli, Muğanlı və başqa kəndlərin ermənilərdən azad edilməsi zamanı döyüş əməliyyatlarında olub.
Döyüşlərin birində ayağından yaralansa da, Ağdamın ermənilər tərəfindən işğalı zamanı şəhəri müdafiə etmək üçün döyüşə atılır. Sarıcalı kəndi yaxınlığında yoldaşlarının geri
çəkildiyini görən Hikmət (döyüş yoldaşlarının dediklərinə görə) "adam da ermənidən qorxar" deyib ayağa qalxır və irəliləyən düşmənə atəş açır.Hikmət düşmən tərəfdən neçəsin yaralayıb, neçəsin öldürsə də bilən olmur. Güclü hücuma keçən düşmən onu aramsız atəşlə şəhid edirlər. Hikmətin nəşini götürmək mümkün olmur. Həmin gündən itkin hesab olunur.
Sarıcalı kəndində nəşi tapılan ikinci itkin hesab olunan şəhidimiz mülki Əzizov Məhərrəm İsmayıl oğlu 1958-ci ildə Ağdam şəhəri H,Aslanov küçəsində dünyaya gəlib.Ağdam şəhərdə 3 saylı şəhər orta məktəbini bitirib.1993-cü ildə itkin düşüb. 2 oğlu, 2 qızı var.
Məmməd Mərzili
AJB üzvü











	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















