Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
12-10-2026
BÜTÜN XƏBƏRLƏR

Xocalı qatili Azərbaycana gəldi

Tarix: 29-03-2024 14:05     Baxış: 3387 A- / A+

Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə “Ermənistan” fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.
Manevr.az xəbər verir ki, Ohanyanla birlikdə “Ermənistan” fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub.
Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər.
Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.(publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar