Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bu il Kərkicahana ilk qayıdış olacaq

Tarix: 05-03-2024 17:51     Baxış: 3227 A- / A+

Bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.
Manevr.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.
Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar