Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur “Papik-tatik” abidəsinin “görünməyən tərəfi”

Tarix: 22-10-2023 22:20     Baxış: 3405 A- / A+







Sentyabrın 19-20-də həyata keçirilən anti-terror tədbirlərindən sonra Qarabağdakı erməni tarixi irsinin söküləcəyi, dağıdılacağı barədə xəbərlər erməni rəsmiləri tərəfindən mediada davamlı olaraq yayılır. Bu qəbildən olan məlumatlar Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsgəran rayonu ərazisində, Xankəndi şəhəri yaxınlığında 1967-ci ildə ucaldılmış “Biz-bizim dağlar” abidəsi ilə bağlı daha çox səslənir.Ermənistan rəhbərliyinə yaxın “Bagramyan26” teleqram kanalı Ermənistanın Niderlanddakı səfirliyinə istinadən yazır ki, “Biz-bizim dağlar” abidəsi sökülmə təhlükəsi ilə üz-üzədir.

“SisMasis” kanalı isə polşalı bloger, anti-Azərbaycan isteriyası, ermənipərəstliyi, təxribatçı və dezinformasiya xarakterli paylaşımları ilə tanınan Tomas Buçekə istinadən yazır ki, Almaniyada yaşayan azırbaycanlı müxalif blogerlərdən biri (ad-soyad, kimlik qeyd olunmayıb-red.) ona qeyd edilən abidənin söküləcəyi haqda qərar verildiyini deyib.

Ümumiyyətlə, ermənilər bu abidəni Qarabağda yaşayan uzunömürlülərin şərəfinə ucaldılğını deyir və sırf erməni abidəsi adlandırırlar. Qarabağı 30 il işğal altında saxlayan terrorçu rejimin “azadlıq abidəsi” kimi təqdim edən erməni müəlliflərin qənaətinə görə, qorunub saxlanılan bu “tarixi abidə” Qarabağdakı erməni kimliyinin təsdiqi və sübutudur. Azərbaycan isə Qarabağ ərazisində olan abidələri dağıtmaqla bölgədə erməni tarixi keçmişini silmək istəyir.
Əvvəlcə, abidənin kimə məxsus olması haqda qısa məlumat verək.
Doğrudan da, açılışı 1 noyabr 1967-ci ilə təsadüf edən abidənin müəllifi erməni mənşəli heykəltəraş Sarkis Baqdasaryandır.

heykəltaraş Sarkis Baqdasaryan
Xocavənd sakini olan Sarkis Baqdasaryan Azərbaycan SSR vətəndaşı idi, (Xocavənd rayonu Binədərəsi kəndində anadan olub) abidə də Azərbaycan SSR-in büdcəsi hesabına, Azərbaycan ərazisində ucaldılıb. Yalnız 80-ci illərin sonlarında Ermənistanın himayə etdiyi terrorçular Qarabağda qondarma rejim yaratdıqlarını elan edəndə “Biz-bizim dağlar” abidəsi yadlarına düşdü, onu dünyaya erməni mədəni sərvəti kimi tanıtmağa başladılar. 2013-cü ilin sentyabrında Moskva şəhərində yaşayan erməni iş adamı Karen Avaqumyanın maddi vəsaiti hesabına abidəni yenidən qurdular.

Digər tərəfdən, heykəltaraş Sarkis Baqdasaryan bizim büdcə vəsaitimiz hesabına 1967-ci ildə Xankəndi yaxınlığında yaratdığı abidəyə ilk vaxtlar “Qarabağlılar” adı vermişdir. “Qarabağlılar” deyərkən söhbət tək Qarabağ ermənilərindən getmirdi, ağdamlılar, tərtərlilər, şuşalılar və bərdəlilər də qarabağlıdırlar.
Vacib məqamlardan daha biri. “Pravda” qəzetinin 31 dekabr 1976-cı il tarixli, 365 nömrəli sayında “Biz -bizim dağlar” memarlıq obyekti haqqında yazılır: "Abidə dünyada uzunömürlülərin şərəfinə ucaldılmış ilk abidədir." Bu sitata, Ş.Mkrtçyanın 1988-ci ildə nəşr olunmuş “Dağlıq Qarabağın tarixi və memarlıq abidələri” kitabında da rast gəlmək olar.
Əgər iddia edilirsə ki, bu abidə Qarabağda yaşayan uzunömürlülərin şərəfinə ucaldılıb, onda hansı səbəbə bir müddət dünyanın ən uzunömürlüsü sayılan Şirin Həsənov yada salınmır?

Abidənin açılışının 1817-ci ildə Qarabağ xanlığında anadan olmuş ən məşhur Qarabağ uzunömürlüsü, Şirin Həsənovun 150 illik yubileyinə həsr olunmasına dəlalət edən faktlara nəzər yetirək:
1. 1 yanvar 1967-ci il - Şirin Həsənovun 150 yaşı tamam olub;
2. Avqust, 1967-ci il - "Oqonyok" jurnalının 32-ci sayında Şirin Həsənov haqqında məqalə dərc edilib.
3. 1 noyabr 1967-ci il - “Biz- bizim dağlar” abidəsinin açılışı olub.
4. 31 dekabr 1976-cı il - “Pravda” qəzetində bu abidənin uzunömürlülərin şərəfinə ucaldılması qeyd olunur.
İndi araşdırmanın 2-ci hissəsinə -abidənin sözün hər iki mənasında “görünməyən tərəfinə” nəzər salaq.
Ermənistanın ənənəvi və sosial mediasında “Biz-bizim dağlar” abidəsi haqqında saysız-hesabsız məqalə, foto və videolar var. Erməni ziyalıları, tarixçiləri, jurnalistləri və blogerlər abidə haqqında təriflər yazaraq həm saxta tarixlərini yayır, həm də bölgəyə turist axını cəlb etmək üçün təbliğat aparırlar. Amma bu foto və videolarda özləri də bilmədən abidənin əsl vəziyyətini, daha doğrusu bərbad halını göstəriblər.
İndi təqdim edəcəyimiz fotolar erməni mediasından və sosial mediadan götürülüb.
Bu foto-skrinlərdə abidənin örtüyünün yağan qar və yağışın təsirindən necə kifləndiyini, daşların bəzilərinin erroziyadan qopduğunu, duzlaşdığını hətta, baxımsızlıqdan ot basdığını müşahidə etmək olur.

Bundan əlavə, abidə üzərində erməni gənclərin yazılar yazdığı aydın görünür.
Abidənin ermənilər tərəfindən vandalizmə məruz qalması, məhv edilməsi haqda daha bir məqama- abidənin “görünməyən tərəfləri”nə diqqət yönəltmək istərdik. Araşdırma zamanı baxdığımız əksər foto və videolarda abidənin arxa fonunun göstərilməməsi diqqətimizi cəlb etdi. Bu nüansı əsas götürərək bir neçə mənbəyə baxdıq və aşkar etdik ki, əslində ermənilər abidənin arxasında “sirr” gizlədirmişlər. Bunu ermənilər özləri də etiraf edirlər. Belə ki, Xankəndidə nəşr olunan “Nor Ej” (“Yeni səhifə”) qəzetinin baş redaktoru Vardqes Ovian abidənin baxımsızlıqdan məhv olmasını və buna görə Xankəndiyə müvəqqəti rəhbərlik edən terrorçu rejimin rəsmilərini sərt tənqid edən məqalə dərc edib.

Vardqes Ovian
“Biz-bizim dağlar” abidəsi bərbad vəziyyətdə deyil, rüsvayçı vəziyyətdədir” adlı məqalədə müəllif “Biz susmayacağıq” gənclər hərəkatının “Biz -bizim dağlar” abidəsinin rüsvayçı vəziyyəti haqda yazısını və news.am-da Xankəndi şəhər “meri”nin müavini Armen Avakyanın cavabından çox qeyzləndiyini yazır. “Əvvəla, "Biz -bizim dağlar” abidəsi cib dəsmalı deyil ki, cibinə qoyub yalandan “o təmizdir” deyəsən, çünki bizim evdə paltaryuyan maşın var. İkincisi, “Biz susmayacağıq” gənclər hərəkatı yaydığı videoda təkcə abidənin bərbad vəziyyətdə olmasını deyil, tamam başqa mövzuya toxunublar”- yazan müəllif “başqa mövzu” deyərkən abidədən yaramaz şəxslərin fiziloji təlabatlarını ödəmək üçün istifadə etdiklərini və ətrafa ifunət qoxusunun yayıldığını nəzərdə tutur.

Vardqes Ovian yazır: “Bir şeyi dəqiq bilirəm ki, mədəniyyətimizin abidələrindən biri olan Qarabağın siması bu gün bərbad vəziyyətdədir. Bu, təkcə abidənin üzərində öz pafosulu adını "damğalayan" müxtəlif axmaqların heykəlin üzərində düzəltdikləri yazılar və xalçalarla bağlı deyil. Biz xatirə daşlarının yerlərdə sındırılması və ya dağıdılması faktından danışırıq. Abidənin üstündə, daha doğrusu, bədbəxt babanın başında ot və alaq otları aşıb-daşır”
Müəllifin qənaətinə görə, “Biz-bizim dağlar” abidəsi ermənilərin simvolu və mədəni dəyərlərinin göstəricisi olmaqdan çox “Biz-bizim problemlər” fenomeninin daşlaşmış abidəsidir.

Yeri gəlmişkən qeyd edək ki, Sovet dövründə də qeyd edilən abidəyə yarıtmaz münasibət mövcud olub. Xankədidə yaşamış azərbaycanlı jurnalist İlham Cəmiloğlu bu barədə yazır: Bir xankəndili kimi qeyd edə bilərəm ki, sovet dövründə bu abidə qarşısında hər hansı bir tədbirin keçirilməsinə yol verilməyib. “Biz -bizim dağlar”ın ətarafındakı baxımsız yaşıllıq əyyaşların və erməni fahişələrinin gizli əyləncə yerinə çevrilib”.
Yekun olaraq, erməni tərəfinin diqqətinə bir faktı çatdıraq: Xankəndi işğaldan azad olunandan sonra Azərbaycan tərəfi ilk olaraq həmin abidə yaxınlığında polis postu qurmuşdur. Bu Azərbaycan dövlətinin tarixi abidələrinə, mədəni irsinə verdiyi dəyər və diqqətin göstəricisidir.

Nəticə:
- Ermənilərin “Papik-tatik” adlandırdıqları abidənin heykəltaraşını çıxmaq şərtilə ermənilərə və Ermənistana heç bir aidiyyatı yoxdur;
- İşğal dövründə abidə ermənilərin baxımsızlığı səbəbindən bərbad vəziyyətə düşüb və hətta ora “böyük unitaz” funksiyası daşıyıb;
- Azərbaycan tərəfinin həmin abidənin sökülməsi, dağdılması haqda heç bir təşəbbüsü yoxdur və bu, ermənilər tərəfindən yayılan növbəti saxta məlumat, dezinformasiyadır"/ Faktyoxla.az
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar