Xəbər lenti
Qarabağda son durum: Postları bir-bir bağlanır - Bəs özləri nə vaxt çıxacaqlar?
“Rusiya sülhməramlılarının nəzarət məntəqələrinin bağlanması doğru addımdır. Hansı yerlərdə ki məntəqələr bağlanıb, demək, orada bunlara ehtiyac qalmayıb”.
Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, sülhməramlıların burada qalma müddəti Azərbaycanla Rusiya arasındakı müzakirələrdən asılıdır:
“Hələlik görünür onların burada müəyyən funksiyaları var. Vladimir Putin bildirdi ki, bu, məsələ Azərbaycanla Rusiya arasında müzakirə olunacaq. Üçtərəfli bəyanatın şərtinə görə, sülhməramlıların qalma müddəti maksimum 2025-ci ilin noyabr ayına qədərdir. Bu baxımdan, proses öz-özlüyündə təbii yolla gedir. Nə zaman ki bölgədə bütün məsələlər həllini tapacaq, o zaman Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq”.
Oqtay Qasımov qeyd edib ki, ayın sonuna doğru Brüsseldə liderlər səviyyəsində üçtərəfli görüş baş tuta bilər:
“Rusiya tərəfindən də təşəbbüs oldu. Amma Ermənistan son zamanlar Rusiyanın istəklərindən yayınmağa çalışır. Üç format vardı, danışıqlar da bu platformalarda aparılıb. Azərbaycan üçün vacib olan sazişin hansı şəhərdə imzalanması yox, sənədin beynəlxalq hüquq və ədalət prinsipinə uyğun imzalanmasıdır. Yəni bizim üçün məkanın fərqi yoxdur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar