Xəbər lenti
Suqovuşanda yeni körpü inşa ediləcək - ŞƏKİL
Manevr.az xəbər verir ki, mediatur çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bildirib ki, 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında park yaradılıb, əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb.
Həmçinin, ərazisi 7,5 hektar olan parkda turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Burada geniş yaşıllaşdırma işləri görülüb, 5 minə yaxın ağac və kol əkilib.
Azadə Hüseynova eyni zamanda qeyd edib ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.
Xatırladaq ki, Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Oktyabrın 15-də Prezident İlham Əliyev Tərtər rayonuna səfəri zamanı Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib, yaradılmış turizm infrastrukturu və abadlıq işləri ilə yaxından tanış olub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar