Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“İki nazir bir-biri ilə çəkişirsə, deməli, onlardan ya biri, ya da hər ikisi Prezidenti dəstəkləmir...”

Tarix: 18-09-2021 19:09     Baxış: 3560 A- / A+
"TEST imtahanları universitetlərə girişdə yox, çıxışda, yəni tələbələr universiteti bitirən zaman aparılmalıdır...”
“İki nazir bir-biri ilə çəkişirsə, deməli, onlardan ya biri, ya da hər ikisi Prezidenti dəstəkləmir...”

“Qarşıda hər kəsin azadlığını məhdudlaşdırıb nəzarətə götürmək erası planlaşdırılır...”

Əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, həm fiziki elektronika sahəsində NASA-da tətbiq edilən kəşflərin müəllifi, həm də fəlsəfə və təhsil sahəsində unikal düşüncə və təklifləri ilə daim diqqət mərkəzində olmağı bacaran tanınmış ictimai-siyasi xadim professor Şahlar Əsgərov moderator.az-a müsahibə verib

Manevr.az bildirir ki, söhbət zamanı dünya və Azərbaycanda gündəmdə olan mövzular, o cümlədən təhsil problemləri, ali məktəblərə qəbul və pandemiya, kütləvi cipləşdirilmə ehtimalı müzakirə edilib. Həmin söhbəti təqdim edirik:

- Şahlar müəllim, pandemiya yenicə vüsət alanda baş verənləri hərə öz arşını ilə ölçməyə başladı. Ən diqqətçəkən fikri Angela Merkel bildirdi ki, bu nədirsə, həm də bir ilahi siqnaldır. Bəs Siz yer üzünə fəlakətlər gətirən bu bəlanı necə xarakterizə edərdiniz?

- Əminliklə bilmirəm, bu təbii, yoxsa süni virusdur. Amma mən də hesab edirəm ki, bu ya ilahi siqnaldır, ya da ilahi sınaqdır. Ola bilsin ki, siyasi silahdır...

- Qiyamət gününə inanırsınızmı? Deyəsən, ancaq kasıblar bu gündən qorxur, varlıların heç vecinə də deyil...

- Bilirsiniz ki, “Allahın varlığının riyazi isbatı” adlı elmi məqalənin müəllifiyəm və bu məqalə Rusiya Federasiyasının fəlsəfə jurnalında çap olunub. Əgər Yaradanın varlığına inanıramsa, deməli, ilahi ədalətə də inanıram. Ədalət yer kürəsində çox pozulub. Gözlənilir ki, gələcəkdə dürüst nəsillərin kökü kəsilsin. Dünya iqtisadiyyatının 25 %-i qara iqtisadiyyatın əlidədir. Koronavirusa qiyamətin əlaməti kimi də baxmaq fikri hərdən məni də düşündürür. Varlı-kasıb məsələsi ilə bağlı deyə bilərəm ki, həm çox inişaf etmiş, həm də az inkişaf etmiş ölkələrdə koronavirus tuğyan edir, Avropa ölkələrində koronovirus milyonlarla can alır. Mədəni səviyyəsi yüksək olan ölkələr də “Covid-19” culovlaya bilmirlər...

- Bir dəqiq elm alimi, eyni zamanda filosof kimi koronavirus pandemiyası barəsindəki konspiroloji nəzəriyyələr haqda nə düşünürsüz?

- İki ildir ki, mürəkkəb koronovirus şəraitində yaşayırıq. Pandemiya bəşəriyyəti silkələyir. Bu günlərdə koronovirus ucbatından İtaliyada hökümət böhranı baş verdi. Yəni koronovirus siyasi silah kimi də işə düşdü. Bu çox qorxulu, arzuolunmaz əlamətdir. Belə olsa, cəmiyyət uzun müddət bu problemi həll edə bilməyəcək. Super güclər pandemiyadan siyasi silah kimi istifadə edə bilərlər...

- Guya 2030-cu ilədək planetdəki bütün insanların cipləşdiriləcəyi və bir növ bio-robot insanlardan ibarət elektron quldarlıq yaradılacağı haqdakı fərziyyələrə necə baxırsınız?

- Bu günlərdə “Euronews”-un verdiyi məlumata görə, Avropa İttifaqı tezliklə mikrosxemlərlə bağlı qanun qəbul edəcək. Məncə, bu siz deyənlərə işarədir və təsdiqləyir. Qarşıda hər kəsin azadlığını məhdudlaşdırıb nəzarətə götürmək erası planlaşdırılır. İndi texnoloji sinqulyarlıq erasında yaşayırıq. Bu o deməkdir ki, qısa bir zaman kəsiyində böyük dəyşiliklərlə qarşılaşırıq. Allah qorusun!..

- Pandemiyanın Azərbaycan təhsilinə vurduğu zərbə ortada. Amma böhranlı vəziyyətdə nə etmək lazım gəldiyini də bizə öyrətdi. Bir sözlə, yaramazlığı bir yana, həm də ən maraqlı sınaq oldu...

- Pandemiya dövrünün ilk zamanında Təhsil nazirliyi yanında İctimai Şura olaraq “biz pandemiya şəraitində təhsil verməyi bacarmalıyıq”- tezisini tez-tez təkrar edirdik. Deyirdik ki, təhsil də, sağlamlıq da dəyərdi. Ancaq nəzərə almaq lazımdır ki, sağlamlıq ali dəyərdr. Yeri gələndə təhsili dayandırmaq olar...

Məlumdur ki, insan fəaliyyəti qorxu və mənafeyə bağlıdır. Pandemiyadan qorxu yeni tədris vasitələrinin istifadəsinə, yeni vərdişlərin mənimsəməsinə gətirib çıxartdı. Müəllimlər, öyrəncilər, hətta bəzi valideyinlər belə, İKT istifadə etməyə başladılar. Distant təhsil ciddiliyi ilə tətbiq olunur. Məsafədən təhsil vermənin metodologiyası artıq təhsil sistemində mənimsənilibdir...

- Azərbaycanda təhsilin durumundan və səviyyəsindən kimsə razı deyil. Hətta vaxtilə deyilmiş məşhur sözlərin - Şeyxi çağıraq, onun fatihəsini oxusun - deyiminin hələ də aktuallıq kəsb etdiyini iddia edənlərin sayı artıb. Doğrudanmı bu sistemi ölü nöqtədən tərpətmək bu qədər müşküldür?

- İcazə verin, sizinlə razılaşmayım. Mən belə düşünmürəm. Təhsildə baş verənlər cəmiyyətə yetərincə çatdırılmır. Üzdə siz deyən kimi görünə bilər. Ancaq dərin qatlarda belə deyil, təhsildə ciddi sağalma gedir. Bunu görmək lazımdır. Cəmiyyətdə gedən dayaz və qısa müzakirələr, diskusiyalar mahiyyəti aça bilmir. On il öncəyə qədər təhsillə bağlı cəmiyyətin bütün təbəqələrində narahatçılıq var idi. İndi narahatçılııq o səviyyədə deyil. Hesab edirəm ki, təhsil sistemi ölü nöqtədən artıq tərpənib. Ciddi ugurlar var. Misal üçün Sumqayıtın təbiət elmləri gimnaziyasının bu ilki 54 müdaviminin yığdığı orta bal 608- dir. Bu müdavimlərin 17 nəfəri 600-a qədər, 18 nəfəri 600-650 arasında, 11 nəfəri 650-580 arasında, 3 nəfəri 680-700 arasında bal toplayıblar. Cəmiyyət bunu bilirmi? Bu gimnaziyanın uğuru sevindirir. Bu böyük yox, unikal uğurdu. Mən direktor Nizami Əhmədovdan soruşdum: buna necə nail oldunuz? İdeyasını ortaya qoydu: əvvəlcə, Sumqayıtda Minarə müəllimənin məktəbinə çatmağı hədəf seçdik. Sonra ölkədə birinci olmaq istədik. İndi isə beynəlxalq aləmdə birinci olmaq istəyirik. Vətənin sevən direktorlar öz məktəblərini bu səviyyəyə qaldırarsa, biz talantlı gəncləri itirmərik. Şükürlər olsun, Təhsil naziri E.Əmrullayevin dediyinə görə, indi belə məktəblər onlarladır. Universitetlərimiz beynəlxalq reytinqlərdə yerlər tuturlar...

- Misir Mərdanov hələ də təhsil naziri olsaydı, təhsilimiz indikindən çoxmu fərqli olardı?

- 2013- cü ilin mart ayında Misir müəllim mənə zəng etdi və görüşmək istədiyini bildirdi. Görüşdük. Nazir öz kabinetində idman formasında oturmuşdu. Üzündə də qızartılar var idi. Salamlaşdıq, halını soruşdum. Dedi ki, məni tovladılar, diş əkdirmişəm. O da məni bu günə saldı. Sonra təhsildən söhbət etdik. O zaman mənim Moderator.az-da 4 mart 2013-cü il tarixində çıxmış müsahibəni (bu müsahibəni Bakıinfo.az saytı da 07-03-2013 tarixli sayında çap eləmişdi.) dərindən təhlil etdik. Müsahibə: “Rayonlardakı icra başçısı, prokuror və polis rəisinin övladları orta məktəbi niyə Bakıda oxumalıdır?” adlanırdı. Məqalədə elm və təhsilin aktual problemlərindən söhbət gedirdi. Müzakirədən sonra nazir ayda bir dəfə görüşməyi və təhsil problemlərini müzakirə etməyi təklif etdi. Şübhəsiz, mən də razılaşdım. Ancaq planımız baş tutmadı. Bir ay keçməmiş Mikayl Cabbarov təhsil naziri təyin edildi.

Sualınıza qayıdıram. M.Mərdanov standart qərar qəbul edən klassik nazir idi. M.Cabbarov qeyri-standart qərar qəbul edən nazir idi. Bir misal çəkim. Rayonlarda pul müqabilində attestat verilməsi məsələsində yeni nazir qeyri-standart qərar qəbul etdi və bəyan etdi ki, məktəblərin hamısına pulsuz attestat verilsin. Yəni qüsurlu ənənəyə birdəfəlik son qoydu. İndi valideynlər də dəyişib. Əvvələr onlar pulla diplom almağa meyilli idilər. İndi isə övladlarının bilikli olması üçün pul xərcləyirlər...

- Bütün valideynlərin əsas gileyi şagirdlərin dərs yükü, çantaya sığmayan lazımsız dərs vəsaitləri və şagirdlərdən az qala təcrübə dovşanı kimi istifadə edilməsidir. Xaricdən gətirilən yabançı, zərərli eksperimentlər də bezdirib hamını...

- Razıyam. Xaricdən gətirilən təcrübələr bir başa yox, özümüzünkiləşdiriləndən sonra tətbiq edilməlidir. Aydın olsun deyə inkluziv təhsilə dəxli olan bir misal çəkim: məlumdur ki, ən güclü silah olan atom bombası U238 izotopundan hazırlanır. Atom bombası düzəltmək üçün bu izotopu hökmən U235 –dən ayırmaq lazımdır. İzotoplar bir birindən ayrılandan sonra güclü bomba yaratmaq mümkündür.

Bu effekti anoloji olaraq təhsilə də tətbiq etmək olar. Güclü dövlət qurmaq üçün gərək talantlı gəncləri (U238 izotopunu) yerdəqalanlardan (U235 izotopundan) ayırmaq lazımdır. İnkluziv təhsili tətbiq etmək istəyən ölkələr əvvəlcə talantlılar üçün ayrıca siniflər və təhsil ocaqları yaratmalıdırlar. Bir yerdə Uran izotopları “bomba effeki” yarada bilmədiyi kimi, talantlı gənclər və sağlamlıq imkanları məhdud gənclər bir yerdə təhsil alanda da “bomba effekti” yaranmaz. Xarici təcrübəni kor-koranə tətbiq eləmək çox zərərlidir. Belə məsələlərdə diqqətli olmaq lazımdır...

- Biz Paşinyan kimi bir fitnəkar adamla dil tapa bildik, amma illərdi ki, DİM və Təhsil Nazirliyi arasındakı soyuq savaş bitmək bilmir. Doğrudanmı bu qurumlar nəyisə bölə bilmir, yoxsa, sadəcə, yersiz hikkədir vəziyyəti dramatikləşdirən?

- Sual üçün təşəkkürlər. Bu problemin kökündə iri məmurların düşüncəsində olan qüsurlar durur. Nazir vəzifəsi siyasi vəzifədir və Prezidentin bu sahədə siyasətini həyata keçirir. (Dövlətin siyasəti milli gerbdə əks olunur. İstərdim ki, bizim və Ermənistanın gerblərini bizim nazirlər yan- yana qoyub müqayisə etsinlər). Prezidentlərin vəzifəsi və məqsədi dövləti qüdrətli etmək, ictimai mənafeni qorumaqdır. Nazirlər bu işdə Prezidentə dəstək verən dövlət adamlarıdır. İndi əgər iki nazir bir-biri ilə çəkişirsə, deməli, onlardan ya biri və ya hər ikisi Prezidenti dəstəkləmir, yəni ictimai mənafeyə qulluq etmirlər. Öz şəxsi mənafelərini dövlət mənafeyindən üstün tuturlar və bu səbəbdən də bir-biri ilə çəkişirlər. O zaman ki, iri məmur postunda kiçik məmur düşüncəli insanlar oturur, onda bu hadisələr baş verir. Bu dediklərim bir nazirin müavinləri üçün də doğrudur. Onlar hakimiyyətə dəbdəbəli sözlərlə gəirlər, ancaq sonra kiçik işlər görərək uzaqlaşırlar...

- İllərdi danışılsa da, heç bir xeyri olmayan və bu gün də çox aktuallıq kəsb edən bir məsələyə yenidən fikir bildirməyinizi istərdik. 4 mindən çox boş yer qalıb universitetlərdə, amma keçid balı və digər əmmalar minlərlə abituriyentin ali təhsil yolunda qara zolaq olara qalır. Bu uşaqlar sonda gedib Ukrayna, Gürcüstan, Türkiyə kimi ölkələrdə oxumağa məcbur olur və beləcə 10 milyonlarla dollar hər il ölkədən çıxır. Olmazmı ki, həmin uşaqlar üçün oturub ağlabatan qərar versinlər?

- Haqlısınız. Mən də illərdi ki, bu məsələyə münasibətimi açıqlamışam. Hər il eyni mənzərə təkrar olur. Əgər qüsur illərlə təkrarlanırsa, səbəbini tapmaq lazımdır. Məlumdur ki, insan fəaliyyəti ya qorxu, ya qazanc səbəbindən baş verir. 1991–ci ildə ölkəmizə gələn TEST formaca düz, mahiyyətcə tərs gəldi. Öz məqsədinə qulluq etməməsi səbəbindən təhsildə yeni problemlər yarandı: gərginlik və depressiya, intihar etmə, şübhəli və səhv suallardan istifadə və digər xətakarlıqlar baş verdi. Qəbul prosesi aylarla uzandı. Nəticədə dedikləriniz qüsurlar baş verdi. Abituriyentlər müxtəlif bəhanələrlə pul ödəyirlər, sanki gənclərə ali təhsil vermək dövlətin yox, valideyinin borcudur. Ali məktəblərə qəbulda rüşvət ancaq sovet təhsilinə xas olan bir fenomendir. TEST öz üzərinə rüşvətlə “mübarizə” aparmaq məqsədi götürdü. Ancaq onun rüşvətə dəxli yoxdur. Heç bir ölkədə TEST bu niyyətlə aparılmır...

Sovet təhsil sistemindən bugünkü təhsil sisteminə keçəndə uğurlarla bərabər yeni qüsurlar da yarandı. Repetitorluq keçmişdə olmayan sosial hadisədir. Repetitorluğu törədən səbəb gənclərin universitetlərə qəbul olmaq arzusu və həmin imkanlarının məhdud olmasıdi. TEST suallarının əsassız mürəkkəbliyi əsas səbəbdir. TEST imtahanları öz məqsədinə qulluq etməyəndə təhsili bataqlığa sürüyür...

Gənclərin çox talantlı hissəsinin həm daxildə, həm də xaricdə universitetlərə girməsi problem deyil. Daxildə yaradılan istənilən süni problemlər gənclərin xarici universitetlərə üz tutmasına səbəb olur. Universitetləri bitirdikdən sonra onların çoxu geri dönmür və nəticədə bizim üçün onlar “itirilmiş gənclər” olur. Nəticədə biz gələcəyin qaymağını, başqa sözlə dəyər yarada bilən gəncliyimizi, Qərb dövlətlərinə “hədiyyə” edirik. Ölkədə ancaq istehlakçı gənclər qalır...
Bizim ali təhsil verə biləcəyimiz gənclik cəmi gənclərin 70% tərtibindədir. Bu gənclərin yerli TEST- dən keçə bilməyən hissəsi xarici ölkələrə imtahansız (!) qəbul edən universitetlərə üz tutacaqlar və illik təhsil haqqından əlavə yaşamaq üçün aylıq pul da xaricə axacaq. Biz ölkəmizdən gənc insan və valyuta axınını (!) dayandırmalıyıq. Onları özümüz oxutmalıyıq. Onlara qucaq açmalıyıq, inzibatı, iqtisadi çəpərlərlə onların yolun kəsməməliyik...

Sovetlər zamanı ali məktəblərə qəbul norması təqribən 33 % idi. Çünki zavodlara fəhlə, kolxoz və sovxozlara işçi də lazım idi. Başqa sözlə məktəbi bitirmiş hər 100 gəncin təqribən 33-ü təhsilini ali məktəblərdə davam etdirirdi. Bu şərtləri ödəmək üçün və talantlı gəncliyi ali məktəblərə cəlb etmək üçün universitetlərin girişində sərt qəbul imtahanları aparılırdı və bu məntiqli idi. İndi buna ehtiyac yoxdur. Çünki, kolxoz, sovxoz, zavod, fabrik da yoxdur.
İndiki dövrdə inkişaf etmiş ölkələr orta təhsilli cəmiyyətdən ali təhsilli cəmiyyətlərə keçirlər. Bu səbəbdən hamımız gənclərimizin ali təhsil almasında maraqlı olmalıyıq. Müxtəlif bəhanələrlə gəncləri imtahandan kəsmək, universitetdən qovmaq düşüncəsindən imtina etməliyik. Qəbul imtahanları sadələşməlidir...

TEST də insan faktorundan xali deyil. Süalları elə tutmaq olar ki, 700 bal toplayanların sayı yüzlərlə olsun və ya elə də tutmaq olar ki, bir nəfər də 700 bal toplamasın. Suallar manipulyasiya alətinə çevrilməməli və əsasız yerə çətinləşdirilməməlidir. Repetirorluğun yaranmasına əsas səbəb TEST suallarını bilərəkdən cətinləşdirməkdir.
Dövrün mətiqinə görə TEST imtahanları universitetlərə girişdə yox, çıxışında, yəni tələbələr universiteti bitirən zaman aparılmalıdır. Ona görə ki, girişdəki imtahan dəyər yaratmır, çıxışdakı imtahan dəyər yaradır. Tələbə bileti dəyər deyil, diplom isə dəyərdir. Yanlış olaraq universitetlərə tələbə qəbulu fövqəladə hadisə (bunker, polis və s.) kimi təqdim edilir. Onu sadələşdirib gündəmdən çıxarmaq lazımdır. Son 30 ildir ki, gələcəyimiz olan gəncləri dəyərsizləşdirib küçələrə tökürük. Onlar isə bizə problem həll etmir, əksinə problem yaradır...

- Azərbaycan insanı 30 illik müstəqillik illərində nə dərəcədə kamilləşib? Yoxsa heç bundan danışmağa dəyməz?..

- Hesab edirəm ki, bu haqda danışmağa dəyər. İnsanlarımız xeyli kamilləşib. I çağırış MM- də YAP- çılar deyəndə ki, bu dövlətin banisi və qurucusu Heydər Əliyevdir, müxalif deputatlar bizi yarınmaqda günahlandırırdılar. İndi onlar da bu həqiqəti anlayırlar və bu səbəbdən də parlamentin rəhbərliyində də təmsil olunurlar. Və ya bu gün qeyri-hökümət təhsil müəsisəsi dediyimiz məktəblər 30 il öncə qeyri-dövlət təhsil müəsisəsi adlanırdı. 30 il öncə “5–ci kalon” nə demək olduğunu bilmirdik, indi bilirik. 30 il oncə məğlub xalq idik, indi qalib xalqıq. Əvvəllər ordumuz haqda bədgüman idik, indi yenilməz ordumuz, müzəffər Ali baş komandanımız var. 30 il öncə erməniləri tərifləyən və müdafuiə edənlər çox idi, indi onlara lağ edənlər az deyil və s. Rusiyanın ictimai -siyasi həyatında məşhur, intelektual politoloq, jurnalist Maksim Şevçenko kimi ziyalılar açıq-aydın Azərbaycanı müdafiə edirlər. Mən güman edirəm ki, həm şanlı qələbəmiz, həm də “Covid-19” biz xeyli dəyişdirəcək...

- Şahlar müəllim, artıq yaxın müddətdə Laçın rayonunun Kəlbəcərə yaxın Qorçu kəndində hava limanının tikintisinə başlanılacaq. Laçın beynəlxalq hava limanında təyyarədən düşüb İstisuya, Kəlbəcərə, Xallanlıya gedəcəyiniz günə hazırlaşırsınızmı?

- Fikirlərim, sevincim o qədər böyükdür ki, söz tapa bilmirəm. 80 il yaşadım və nəhayət, Qarabağın azad olduğunu gördüm. 80 illiyimə ən böyük mükafat Şuşanı görmək oldu. Allah ömür versə, Xallanlını da görərəm. Kaş o gün mənə qismət olaydı...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar