Sizin Reklam Burada
Xəbər lenti
01-12-2025
30-11-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni jurnalistlər Bakıya gələcək?

Tarix: 01-12-2025 13:30     Baxış: 329 A- / A+

Erməni jurnalistlər Bakıya gələcək?

Azərbaycan və Ermənistan deputatlarının, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin görüşlərindən sonra media nümayəndələrinin də görüşü gündəmə gəlib.
Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, Tbilisidə “Media nifrətə və düşmənçiliyə qarşı” mövzusunda mətbuat nümayəndələrinin görüşü keçirilib. 
29 noyabrda baş tutmuş görüşdə Gürcüstan və Ermənistan jurnalistləri iştirak ediblər.
O bildirib ki, müzakirədə məqsəd peşəkar medianın millətlərarası münasibətlərin tənzimləməsində rolunu artırmaq və nifrət nitqlərindən istifadə etməməkdir.
Əməkdar jurnalist qeyd edib ki, bu söhbətlərin məqsədi ondan ibarətdir ki, cəmiyyətlər arasında düşmənçilik toxumu yenidən səpilməsin, insanlar bir-birinə qarşı dayanmasın və münasibətlərin normallaşmasına doğru addımlar atılsın:
“Belə görüşlər təkcə 44 günlük müharibə ilə bağlı deyil. Dünyada - Rusiya–Ukrayna və digər konfliktlərdə analoji situasiyalarda medianın davranışı, istifadə olunan terminologiya, cəmiyyətlərin psixoloji hazırlığı mühüm rol oynayır. Müharibə gedirsə və ya başa çatıbsa, sülh prosesinin formalaşdığı dövrdə media hansı ifadələrdən istifadə etməlidir, hansılardan etməməlidir ki, xalqlar yenidən bir-birinə qarşı dayanmasın?
Hər iki tərəfdə aqressiv, maksimalist düşüncəyə sahib insanlar olduğu kimi proseslərin yumşalmasını, etik qaydalara əməl olunmasını istəyən şəxslər də var. Bu səbəbdən qeyri-hökumət təşkilatları, media nümayəndələri və ictimai fəalların qarşı tərəfə səfərləri, dialoqlar aparması təbii qəbul edilməlidir. Qarabağ zəfəri ilə bitirdiyimiz 44 günlük müharibədən sonra iki tərəfin tədricən bir-birinə yaxınlaşması prosesi başlayıb".
Qulu Məhərrəmli qeyd edib ki, keçmiş faciələr, ermənilərin Qarabağda törətdiyi qırğınlar unudulmamlıdır.
"Hal-hazırda önəmli olan budur ki, düşmənçilik yenidən alovlandırılmasın. 
Tədbirdə müharibə sonrası münasibətlərin tənzimlənməsi məqsədi ilə yeni media terminlərinin istifadəsi də müzakirə olunub. Etik kodekslərin tətbiqi, uyğun nitq və ifadələrin işlədilməsi zəruridir.
Danışıqların davamı kimi erməni jurnalistlərin Bakıya gəlməsi mümkündür. Buna artıq zəmin yaranıb. Lakin vurğulayım ki, görüş hələ media əməkdaşlığının başlanması deyildi. Orada konkret olaraq “Media nifrətə və düşmənçiliyə qarşı” mövzusu müzakirə olunub.
Əlbəttə ki, cəmiyyətlər arasında əməkdaşlıq tədricən artırılmalıdır. 
8 Avqust Sülh bəyannaməsinin hüquqi-rəsmi təsirini artıq görürük. Dövlət səviyyəsində siyasi tənzimləmələr sülhün davamlılığı üçün mühüm addım hesab edilir", - bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar