Sizin Reklam Burada
Xəbər lenti
01-12-2025
30-11-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid baş leytenant Vüsal Kazımov anıldı — FOTOLAR

Tarix: 29-11-2025 20:29     Baxış: 3193 A- / A+
Bu gün şəhid baş leytenant Vüsal Kazımovun qəhrəmancasına həlak olmasının 5-ci ildönümü münasibətilə onun təhsil aldığı məktəbdə anım mərasimi keçirilib.

Manevr.az xəbər verir ki, tədbirdə Lənkəran ziyalıları, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri, yaxınları iştirak ediblər.

Sözügedən mərasimdə bir sıra rəsmilər — Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, professor Anar İsgəndərov, Millət vəkili Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Şikar Qasımov, fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəis müavini Rəhim Rəhimli və başqaları çıxış edərək Vüsal Kazımovun həyat yolundan, Vətənə olan xidmətindən, göstərdiyi şücaətdən söz açıb, onun və onun kimi fədakar övladların xatirəsinin xalqımız üçün müqəddəs, yenilməz  olduğunu vurğulayaraq, döyüşlərə qatılan, canından keçən bütün Vətən oğullarının sayəsində bu torpaqlarda sülh və əmin-amanlığın bərqərar olduğunu xüsusən qeydiblər.

Tədbir Vüsal Kazımovun əziz xatirəsinə həsr olunmuş şeir və musiqi kompozisiyaları ilə məktəblilərin təqdimatında davam edib. Anım mərasiminin sonunda isə iştirakçılar şəhidin məzarını ehtiramla ziyarət ediblər.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar