Xəbər lenti
Bu şəxslərin icbari tibbi sığortasını dövlət ödəyəcək

Gələn ildən dövlət büdcəsində ayrılmaların azalması fonunda icbari tibbi sığorta (İTS) sistemi üzrə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək.
İndiyə qədər işsiz şəxslər üçün ödənişləri dövlət qarşılayırdısa, 2026-cı ildən bəzi kateqoriyalar sığorta haqlarını özləri ödəməli olacaqlar.
Qanuna təklif edilən dəyişikliklərə əsasən, əmək qabiliyyəti olduğu halda rəsmi gəlir göstərməyən şəxslər hər ay minimum əməkhaqqının 4 faizi həcmində – hazırkı hesablamaya görə 16 manat – icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu, gəlirini qeyri-rəsmi əldə edən, lakin əmək münasibətlərində iştirak etməyən bütün vətəndaşlara şamil olunacaq.
Dəyişikliklər sosial həssas qrupları əhatə etmir. Aşağıdakılar ödənişdən azad olunacaq:
Pensiyaçılar
Uşaqlar.
Bundan başqa, evdar və şəxsi gəliri olmayan qadınların sığortası yenə də dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu kateqoriyaya aid şəxslərin sığorta məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək. İcbari tibbi sığorta ilə bağlı yeni mexanizm və ödəniləcək məbləğ isə qarşıdakı günlərdə məlum olacaq.
Həmçinin oxu:
Qeyd edək ki, 2026-cı ildən icbari tibbi sığorta modeli daha fərdiləşdirilmiş maliyyələşmə prinsipi ilə fəaliyyət göstərəcək. Bu, vətəndaşların öz öhdəliklərini daha aydın görməsinə və sistemin maliyyə dayanıqlığının gücləndirilməsinə hesablanıb. baku.ws
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

























.jpg)






