Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bioloji təbabət müasir tibbin ən yüksək formasıdır

Tarix: 09-07-2021 21:42     Baxış: 31 099 A- / A+
Bioloji təbabət müasir tibbin ən yüksək formasıdır


İbrahim Qulamov: Bir həkim kimi bundan sonra mənə nə qədər şəhid ailələri və qazilər müraciət etsə, onlara əlimdən gələn bütün köməklikləri etməyə hazıram. Bu da mənim üçün fəxrdən və qürurdan başqa bir şey ola bilməz”.

2009-cu ildən fəaliyyətə başlayan Bioloji Təbabət Klinikası bu gün respublikanın ən aparıcı klinikalarından biri olmaqla bərabər, Azərbaycanın Sumqayıt, Göyçay və Masallı şəhərlərində də filialları çox böyük uğurla fəaliyyət göstərməkdədir. Biz, bu yaxınlarda Bioloji Təbabət Klinikasının Masallı filialında olduq. Bu klinika şəhərin ən yaxşı yerində, meşəliyin içərisində, gözəl havası və təbiəti olan bir yerdə yerləşir. Cəmi iki ildir ki, fəaliyyət göstərən bu filial artıq Azərbaycanın Cənub bölgəsində çox məşhur bir klinika olub. Burada mən həddindən çox insanların şəfa tapmaq üçün klinikaya gəldiyini gördüm. Bu klinikaya təkcə Cənub bölgəsinin camaatı yox, artıq respublikanın hər yerindən, hətta İrandan və başqa respublikalardan da çoxlu xəstələr gəlir. Çünki, burada çalışan həkimlər yüksək ixtisaslı mütəxəssislərdir. Çoxu da ayrı-ayrı xarici ölkələrdə təhsil alıblar. Onlardan biri də uzman həkim İbrahim Qulamovdur. Masallı Bioloji Təbabət Klinikasına yüksək səviyyədə rəhbərlik edənlər- Qüdrət Yaqubov və Sevindik Becanlı belə məsləhət bildilər ki, mən məhz İbrahim Qulamovla müsahibə aparım. Cavan oğlan olan nevroloq İbrahim həkim bu klinikada heç bir ay deyil ki, işləyir, amma ona həddindən çox xəstə müraciət edir. Çünki, onun yüksək ixtisaslı həkim, xəstələr üçün əlindən gələni elədiyini aydın görürlər. Ona görə də istəyirəm ki, İbrahim həkimlə oxucuları da yaxından tanış edim.
Bioloji təbabət müasir tibbin ən yüksək formasıdır

Qısa arayış: İbrahim Zakir oğlu Qulamov. 1988-ci ilin mart ayının 20-də Lənkəran şəhərində anadan olub. Lənkəran 10 nömrəli məktəbində 6-cı sinifi bitirdikdən sonra elə həmin şəhərdəki Özəl Türk Liseyinə yüksək dərəcə ilə daxil olub. Lənkəran Özəl Türk Liseyində təhsil aldığı dövrdə respublika olimpiadalarında biologiya fənni üzrə iştirak edib. Səkkizinci sinfdə oxuduğu vaxt respublika üzrə doqquzuncu siniflər arası olimpiadada üçüncü yerə çıxıb. Onuncu sinifdə oxuduğu vaxt respublika üzrə birinci yeri tutub. O, bu liseyi bitirəndən sonra Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Tibb Universitetində 6 il oxuduqdan sonra reanimatologiya-anesteziologiya ixtisası üzrə bir il internatura keçib. Sonra isə, diplomlarını Türkiyədəki “ Denklik Sınavı “ ilə təsdiqlədib. Orada “Tıpta Uzmanlık Sınavı”na (TUS) daxil olmaqla, İstanbul Universitetinin “Cerrahpaşa Tıp Fakultesi” nevrologiya şöbəsinə daxil olub və bu təhsil ocağında, orada dörd il yarım təhsil alıb və bu sahə üzrə ixtisaslı həkim olub. Sonra uzmanlıq diplomu alıb. Nevrologiyanın bütün sahələrini mükəmməl öyrənib. Dörd ilə yaxın Türkiyədəki “Acıbadem” klinikasında nevroloq-həkim kimi işləyib. Başqa məşhur klinikalara da dəvət olunub və xəstələrə əlindən gələn bütün köməklikləri edib. İbrahim həkim 2021-ci ilin əvvəlində yenidən Vətənə dönüb. Və Masallı Bioloji Təbabət Klinikasında əmək fəaliyyətinə başlayıb.

-Tərsümeyi-halınızdan gördüyümüz kimi çox böyük təhsil ocaqlarında tibbin sirlərini mükəmməl öyrənən İbrahim həkim niyə məhz Masallı Bioloji Təbabət Klinikasında işləməyi seçdi?

-Azərbaycana qayıdandan sonra mən bir neçə xəstəxanalara getdim. Onların iş prosesi, fəaliyyəti ilə tanış oldum. Bu klinikaların rəhbərləri də çox istəyirdilər ki, mən orada işləyim. Masalı Bioloji Təbabət Klinikasında olanda buradakı çox mehriban və yüksək ixtisaslı kollektivi, hər birinin daxilində olan coşqu, yeni düşüncələrlə yaşamalarını, xəstələrə əllərindən gələn köməklikləri etdiyini gördüm və bütün bunlar da mənim çox xoşuma gəldi. Bizim baş həkimimiz Tural Xaspolad qazidir. Çox savadlı, bacarıqlı həkim və yüksək təşkilatçı insandır. Hamımız onun döyüş şücaəti ilə fəxr edirik. Ən əsası isə Respublikada bioloji təbabətin yaradıcısı, çox dəyərli ziyalı, böyük düşüncə sahibi Elxan Yaqubovla etdiyim bir saatlıq söhbət məni yüksək səviyyədə qane etdi və ona görə də burada işləməyə qərar verdim. Çünki, bu insan yüksək ideyalarla yaşayır və çalışır ki, bu klinika xalqımıza böyük xeyir versin və insanlarımız burada tam sağalsınlar. Boş yerə xarici ölkələrə gedib, böyük xərclərə düşməsinlər. Nəticədə, burada işləyən həkimlər heç də xarici ölkələrdə işləyən həkimlərdən tibb elmini az bilmirlər. Hər biri öz sənətinin peşəkarıdır. Bütün bunlarla birlikdə Masallı Bioloji Təbabət Klinikasında yüksək səviyyədə tibbi avadanlıqlar var. Bu avadanlıqları işlədən yüksək ixtisaslı həkimlər öz işlərinin peşəkarıdır. Bu da bizə xəstələrin xəstəliyinin kökünü tapmaqda çox böyük köməklik eləyir. Həm də bura təkcə klinika yox, bir istirahət mərkəzidir. İnsanlar buraya gəlib təkcə müalicə olunmur, və həm də istirahət edirlər. Ən əsası isə burada tibbin inteqrativ təbabət növü yüksək səviyyədə xəstələrə xidmət edir. Bu da dünyada tanınan Alman tibb elmi sahəsidir. Bu müasir tibbin ən yüksək formasıdır və dünyanın ən aparıcı ölkələri də tibbin bu sahəsində fəaliyyət göstərir. Keçmiş Sovetlər Birliyində isə, yalnız Azərbaycanda tibbin bu sahəsi məhz Bioloji Təbabət Klinikasında yüksək səviyyədə fəaliyyət göstərmiş və burada çalışan həkimlərin də çoxu Almaniyada və bir sıra məşhur xarici ölkələrdə təhsil almış mütəxəssislərdir. Baxmayaraq ki, mən bir aya yaxındır ki, burada çalışıram, amma mənə elə gəlir ki, bu kollektivlə illərlədir birlikdə fəaliyyət göstərirəm. Çünki hər birimiz bir-birimizi yarım sözdən başa düşürük. Onu da vurğulamaq istəyirəm ki, insan övladının Yer kürəsində yaşamağa başlamasının on milyard il yaşı var. Öləcəyini bilən tək varlıq insandır və heç ölməyəcəkmiş kimi yaşayan varlıq da yalnız insandır. Amma bunu deyə bilərəm ki, maddiyatı yox, sonsuzluğu gözə almaq ən böyük xoşbəxtlikdir. Mən də bu cahan dəryasında damla ola bilərəmsə özümü xoşbəxt hesab edərəm.

-Cəmi bir aya yaxındır ki, burada həkim kimi fəaliyyətə başlayan İbrahim həkim, bu az vaxtda hansı maraqlı hadisələrlə rastlaşıb?

-Azərbaycanda gördüyüm xəstələr, Türkiyədə gördüyüm xəstələrdən fərqli olaraq, bir neçə yeri gəzib, diaqnoz qoyulmadan və ya fərqli diaqnozlarla müalicə olunan xəstələrdir. Bu da həmin adamların xəstəliyini ağırlaşdırıb.Türkiyədə isə belə deyil. Orada xəstə yüksək səviyyədə müayinə olunur və sonra da hansı həkimin xəstəsi olduğu müəyyənləşdiriləndən sonra həmin həkimə müraciət etmək xəstəyə tövsiyyə edilir. Mənə müraciət edən xəstəyə də diqqətlə qulaq asıram. Əgər o,

həqiqətən nevroloji xəstədirsə mən əlimdən gələni edirəm ki, onu sağaldım. Əgər həmin xəstənin xəstəliyi başqadırsa, həmin xəstəliklə bağlı hansı həkimə müraciət etməsi lazım oldugunu da tövsiyyə edirəm.

-Siz cavan həkimsiniz. Azərbaycanda yenicə həkim kimi fəaliyyətə başlayıbsınız. Gələcəkdə böyük uğurlar əldə etmək üçün qarşınıza hansı məqsədləri qoyubsunuz?

-Belə deyim: “Fikirdə, sənətdə, anlamaqda, anlatmaqda, tapmaqda, tutmaqda, paylamaqda, toplamaqda və nəhayət yaşamağa dəyər həyatın bütün ölçülərini büllurlaşdırma işində dünyanın ən böyük insanı olmaq istəyirəm. Nəfsim üçün deyil, sırf onun ümmətindən ən aciz görülən fərdə aid ləyaqət payını və üstünlük dərəcəsini göstərmək üçün... Bu, mənim idealımdır. Biz hər birimiz bu dünyaya insanların və heyvanların yükünü azaltmaq üçün gəlmişik. Onlara yük olmaq üçün deyil. Mən belə fikirləşirəm...

-Mən Qüdrət Yaqubovla, Sevindik Becanlı və Tural Xaspoladla elədiyim söhbətlərdən onu da öyrəndim ki, siz çox vətənpərvər insansınız. Sizə müraciət edən qazilərə, şəhid ailələrinin valideyinlərinə əlinizdən gələn bütün köməklikləri edirsiniz. Bu doğrudan da çox böyük təqdirəlayiq işdir...


-Vətən Müharibəsi olan vaxtı mən Türkiyədə işləyirdim və müharibənin gedişini çox böyük səbirsizliklə izləyirdim. Geri qaytarılan kəndlərimizin, şəhərlərimizin, yüksəkliklərin geri qaytarılmasını eşitdikdə, inanın sevincdən ağlayırdım... ( Onun bu sözlərdən sonra gözləri dolur və susur. Sonra qarşısındakı çaydan bir qurtum içib, yenə də sözünə davam edir.) 44 günlük Vətən Müharibəsi cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dünya hərb elminə yeni və təkrarsız bir tarix kimi yazıldı. Ermənilərin 7 ilə rusların köməkliyi ilə aldığı torpaqlarımızı Azərbaycan ordusu cəmi 44 günə geri qaytardı. Bu da, Nadir Şah Əfşarın son qələbəsindən sonra, yəni 230 ildə Azərbaycan xalqının ən böyük qələbəsi sayılır. Burada Azərbaycan xalqının birliyi də sözsüz çox böyük rol oynadı. Vətən Müharibəsi gedən vaxtı Türkiyədə olanda bir şeyə heyfislənirdim ki, mən niyə döyüşən əsgərlərin yanında deyiləm? Mən də çox istəyərdim ki, Vətən yolunda şəhid olum.

-Amma Allah qismət eləyib ki, siz indi həmin qaziləri və şəhid olanların valideyinlərini, həyat yoldaşalrını, uşaqlarını burada müalicə edirsiniz.

-Məşhur filosof Nitşenin belə bir maraqlı kəlamı var: “Xoşbəxtlik ideal bir tənbəllikdir”. Mən bununla razı deyiləm. Məşhur filosof Fərabi xoşbəxtliyi inancda görür. Amma İbn Rüştün isə xoşbəxtliklə bağlı belə bir maraqlı kəlamı var: “Xoşbəxtlik yolda olmaqdır”. Mən yolda olduğumuza, mübarizədə olduğumuza inanaraq təsəlli tapıram və bu dəqiqədə Vətənimə xeyir verməyə çalışaraq, o şəhidlərin getdiyi yolda, ən azından qum dənələrindən biri olduğumu düşünərək, özümdə qürur duymağa çalışıram. Mən şəhidlərin ölmədiyini düşünürəm. Çünki mən, inanclı və haqqa tapan bir insanam. Allahın bu dünyada bizə bir bədən əmanət etdiyini və həmin bədəndən də layiqincə istifadə edər isək, öldükdən sonra min bədənin idarə edilməsinə ruhumuzun layiq görüldüyünə inanan bir insanam. Çünki belə bir maraqlı cümlə var: “Bir ölər, min dirilərik”. Sonuncu bir həftədə mən beş qazinin özünü, valideyinlərini müayinə etmişəm.

Əlimdən gəldiyi qədər köməklik etmişəm. Hətta onların ayaqqabılarını və corablarını da çıxarmağa çalışmışam. Çalışmışam ki, vicdanım bir az rahat olsun. Hüznün həzzini yaşadan Allaha həmd olsun... Ona görə də Ulu Tanrıya, bütün şəhid və şəhid ailələrinə, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımı bildirirəm və onun komandanlığı altında olan, döyüşən ordumuzla fəxr edirəm. Bir həkim kimi bundan sonra mənə nə qədər şəhid ailələri və qazilər müraciət etsə, onlara əlimdən gələn bütün köməklikləri etməyə hazıram. Bu da mənimçün fəxrdən və qürurdan başqa bir şey ola bilməz. Artıq hər bir azərbaycanlı qürurla deyə bilər ki, “Qarabağ bizimdir və bundan sonra əbədi bizim olacaq”!

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar