Sizin Reklam Burada
Xəbər lenti
19-11-2026
BÜTÜN XƏBƏRLƏR

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib

Tarix: 20-11-2026 12:55     Baxış: 345 A- / A+


Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edibMedia və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan edib.
Manevr.az xəbər verir ki, bu barədə Media və Yayım Şurasından məlumat verilib.
Məlumatda bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilməlidir.
Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində çap mediası və ya onlayn mediada dərc edilmiş, müəllifi olduğu və şərikli müəlliflik əsasında yaradılmamış bir yazını aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim etməlidir:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı publisistik məqalə (köşə yazısı);
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Jurnalist müsabiqənin elan olunduğu günədək son 3 aylıq dövr ərzində audiovizual mediada yayımlanmış, hazırlanmasında jurnalist kimi iştirak etdiyi, xronometrajı 5 (beş) dəqiqədən çox olmayan bir süjeti aşağıdakı nominasiyalardan biri üzrə müsabiqəyə təqdim etməlidir:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı sosial-iqtisadi reportaj;
– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.
Materialların qiymətləndirilməsi Media və Yayım Şurası tərəfindən cəlb edilmiş müvafiq sahədə bilik və təcrübəyə malik, müsabiqənin nəticələrində birbaşa və ya dolayı marağı olmayan 3 müstəqil ekspert tərəfindən həyata keçirilir.
Yeni qaydalara əsasən müsabiqəyə təqdim olunan materialın məzmunu ilə yanaşı, jurnalistin müraciətini təqdim edənədək bir və ya bir neçə fərdi rəqəmsal hesabında yerləşdirdiyi, həmin materialla birbaşa əlaqəli və onu dərhal müəyyən etməyə imkan verən paylaşımlar (foto, video, audio, infoqrafika və s.) da qiymətləndirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 jurnalist və 5 operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 27 noyabr 2026-cı il 18:00 tarixinədək davam edəcək.
“Media nümayəndələri üçün müsabiqənin keçirilməsi Qaydaları” ilə buradan tanış ola bilərsiniz.
Müsabiqə qaydaları
Müraciət forması

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar