Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ölənlər onlayn qalır: Dijital irs və hüquq

Tarix: 05-03-2025 10:13     Baxış: 33 958 A- / A+

Xülasə

Dijital dünya ölümü tanımır. İnsanlar bu dünyanı tərk etsələr də, sosial media hesabları, e-poçtları və digər rəqəmsal izləri onlayn qalır. Facebook-da hələ də ad günü xatırlatmaları gəlir, WhatsApp-da son görünmə tarixi dəyişmir, e-poçtuna məktublar gəlməyə davam edir. Bəs bu dijital irs kimə məxsusdur? Onun idarə olunması hüquqi çərçivədə necə tənzimlənir? Ölən insanların sosial media hesabları, e-poçtları və digər rəqəmsal varlıqları necə idarə olunur?

Giriş
Əvvəllər irs dedikdə miras qalan evlər, kitablar, sənədlər başa düşülürdü. İndi isə bir insanın sosial media hesabları, e-poçt yazışmaları, buludda saxlanılan faylları da onun irsinin bir hissəsinə çevrilir. Dijital irs, bir insanın sosial media hesabları, e-poçt yazışmaları, onlayn şəkilləri və digər rəqəmsal izləri öldükdən sonra hələ də mövcud olur. İnsanlar, ölümdən sonra bu izlərin kimə məxsus olduğunu, necə idarə ediləcəyini və nə zaman silinəcəyini düşünməyə başlayırlar. Lakin bu irsin hüquqi taleyi hələ tam aydın deyil.

Hesabların idarə olunması.
Facebook və Google kimi platformalar istifadəçilərə ölümündən sonra hesablarının idarə edilməsi üçün seçimlər təqdim edir. Dijital varlıqlarınızı idarə etmək üçün vəsiyyətnaməyə bunları daxil etmək mümkündür.Ya da insanlar rəqəmsal irslərini qorumaq üçün etibarlı şəxslərə giriş məlumatları verə bilər və ya xüsusi xidmətlərdən istifadə edə bilər.
Bəzi sosial media platformaları istifadəçinin yaxınlarına istifadəçi öləndə mərhumun hesabını bağlamaq seçimini təklif edir. Bəzi platformalar müxtəlif alternativlər də təklif edir. Məsələn, İnstagram və Facebook-un sahibi olan Meta istifadəçinin ölüm haqqında şəhadətnaməsi təqdim edildikdə istifadəçinin hesabını ya silir, ya da deaktiv edir.
Başqa bir üsul da var ki, bu üsulla mərhumun yaxınları səhifədə xatirələrini və fotolarını paylaşa bilərlər (Memorialization-Xatirə olaraq qeydiyyat). Lakin profilin sahibi keçmişdə rəsmi icazə verməsə, heç kim bu hesabın məzmununu idarə edə və ya bu profilin silinməsini tələb edə bilməz.

Dijital irsin hüquqi statusu.
Hazırda bir çox ölkədə dijital varlıqlar klassik irs anlayışına daxil edilmir. Buna görə də, sosial media platformaları və e-poçt xidmətləri hesabları avtomatik bağlamaq və ya varislərə ötürmək məsələsində müxtəlif yanaşmalar tətbiq edirlər. ABŞ-da bəzi ştatlarda “Uniform Fiduciary Access to Digital Assets Act” (UFADAA) qəbul olunub, Avropa Birliyi isə GDPR (General Data Protection Regulation– Ümumi Məlumatların Qorunması Qaydası) çərçivəsində fərdi məlumatların məxfiliyini qorumağa çalışır. Azərbaycanda isə bu sahə ilə bağlı konkret qanunvericilik yoxdur.

Nəticə
Dijital irs məsələsi müasir dünyanın həll olunmamış problemlərindən biridir. Bir tərəfdən, şəxsi məlumatların məxfiliyini qorumaq vacibdir, digər tərəfdən isə, insanın ölümdən sonra virtual izlərinin tamamilə yox olması yaxınları üçün ağır ola bilər. Hüquq sistemi bu məsələdə aydın qaydalar yaratmalı, insanlar isə rəqəmsal varlıqlarını necə idarə edəcəklərini əvvəlcədən düşünməlidirlər. Çünki ölüm qaçılmazdır, amma onlayn dünyada yox olmaq bu qədər asan deyil. 

İstifadə Edilmiş Mənbələr:
1. GDPR (General Data Protection Regulation) – Avropa Birliyinin şəxsi məlumatların qorunması qaydaları
2. Uniform Fiduciary Access to Digital Assets Act (UFADAA) – ABŞ-ın bəzi ştatlarında rəqəmsal aktivlərin hüquqi tənzimlənməsi
3. Facebook, Google və digər platformaların “Legacy Contact” və “Memorialization” siyasətləri

Havva Novruzova ,
Naxçıvan Dövlət Universiteti
Hüquqşünaslıq ixtisası üzrə l kurs tələbəsi

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar