Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyada ən çox senzuraya məruz qalan sayt açıqlandı

Tarix: 17-01-2025 14:11     Baxış: 4164 A- / A+

İnternetin sərbəstlik mühiti təqdim etməsinə baxmayaraq bu sərbəstlik həmişə məhdudiyyətsiz olmur və hökumətlər, məhkəmələr, dövlət qurumları müxtəlif səbəblərlə Google və YouTube platformalarında məzmunların silinməsini tələb edə bilirlər.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, son araşdırma dünyanın ən çox senzuraya məruz qalan veb-saytının YouTube olduğunu üzə çıxarıb.
VPN təminatçısı "Surfshark"ın araşdırmasına görə 2020-ci ildən bəri "Google"a edilən 300 mindən çox məzmun silmə tələbinin 54%-i YouTube-a, 31%-i isə Google Axtarış sisteminə yönəlib. Qalan 15% isə "Google"ın digər xidmətlərinə aid edilib. "YouTube"un bu qədər senzura ilə qarşılaşması, onun geniş auditoriyası və video məzmunlarının daha çox diqqət çəkməsi ilə əlaqələndirilir.
Senzura tələblərində əsas lider ölkələr arasında Rusiya xüsusi yer tutur. İkinci yerdə 8.000 tələblə Hindistan, üçüncü yerdə 6.000 tələblə Türkiyə qərar tutub. Cənubi Koreya isə əsasən Google Axtarış üzərindən məzmunları məhdudlaşdırır. ABŞ isə bu məsələdə daha alt sıralarda yer alır.Bununla yanaşı, araşdırma yalnız 150 ölkəni əhatə edir və 2024-cü ilə aid məlumatlar iyun ayına qədər toplanıb. Təhlildə tələblərin sayı göstərilsə də, hər bir tələb üzrə neçə məzmunun silindiyi barədə məlumat yoxdur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar