Xəbər lenti
Sumqayıtda müxtəlif mədəniyyət tədbirləri keçirilib -FOTOLAR

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, İdarə rəisi Mehman Şükürov Sumqayıt şəhər uşaq incəsənət və musiqi məktəblərinin kollektivləri ilə görüşüb. Görüş zamanı müəssisələrdə ixtisarların aparılması, maliyyə problemləri, Novruz bayramının təşkili, şəhərdə keçiriləcək festivallar və digər mövzularda söhbətlər aparıb, kollektivin suallarını cavablandırıb.
Daha sonra Mehman Şükürov S.Rüstəmov adına UİM-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirə qatılıb.
Bayram tədbirində 8 Mart Beynəlxalq Qadınlar Gününün yaranma tarixi ilə bağlı ətraflı məlumat verilib, məktəbin müəllim və şagird kollektivinin ifasında xalq və bəstəkar mahnıları, musiqi nömrələri ifa olunub, milli rəqslər izlənilib.
Tədbirdə çıxış edən idarə rəisi Mehman Şükürov kollektivi təbrik edib, xoş arzularını çatdırıb.
Zəngilan rayon nümayəndəliyi və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə 4 saylı orta məktəbdə şair Oktay Zəngilanlının görüşü keçirilib.
Tədbirdə şairin yaradıcılığı haqqında geniş məlumat verilib, şagirdlərin ifasında şairin müxtəlif illərdə yazdığı şeirləri dinlənilib, musiqi nömrələri ifa olunub.
Görüşdə çıxış edən qonaqlar Oktay Zəngilanlıya yaradıcılığında uğurlar diləyib, xoş arzularını çatdırıblar.
Sonda şair çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib və şeirlər ifa edib.





Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar