Xəbər lenti
"Lütfi Zadənin qəbirüstü abidəsini mən hazırlayıram" - Ömər Eldarov tarixi AÇIQLADI
"AMEA-nın sifarişi ilə Lütfi Zadənin qəbirüstü abidəsi mərhumun ildönümü mərasimində hazır olacaq".
Bu barədə heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov unikal.org-a açıqlamasında deyib.
O vurğulayıb ki, büstün hazırlanması AMEA tərəfindən ona həvalə edilib.
"Hazırda büstün hazırlanması istiqamətində iş gedir. 6 aya yaxındır ki, bu abidənin üzərində çalışıram .Bu cür dünyaşöhrətli, dahi şəxsiyyətin abidəsinə həssaslıqla yanaşdığıma görə, onu qısa zamanda tamamlaya bilməzdim. Ona görə də bu əsər ən tez Lütfi Zadənin ildönümündə hazır olacaq”.
Xatırladaq ki, 96 yaşlı Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vərəsə məktubu yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri xiyabanda dəfn edilib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 6 ay keçsə də, onun qəbirüstü abidəsi hələ də hazır deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar