Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazanılan möhtəşəm qələbə ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür - Xanlar Vəliyev

Tarix: 01-10-2021 16:54     Baxış: 3280 A- / A+
Qazanılan möhtəşəm qələbə ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür - Xanlar Vəliyev

"Ulu öndər Heydər Əliyevin layiqli xələfi cənab İlham Əliyevin prezidentlik dövrü Azərbaycanın daha da qüdrətlənməsi, xalqın rifahının hərtərəfli yaxşılaşdırılması, eləcə də ardıcıl uğurları ilə səciyyələnmiş və bu müsbət tendensiya yüksələn xətlə davam etməkdədir. Bütün bunları şərtləndirən isə ümummilli lider Heydər Əliyevin mükəmməl və uzaqgörən siyasəti, bu siyasəti dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin dühası, Onun etibarlı məsləkdaşı Mehriban xanım Əliyevanın dəstəyi və millətimizin müdrikliyi, eləcə də sarsılmaz xalq-iqtidar birliyidir"

Manevr.az xəbər bu fikirlər Baş prokurorun müavini - Hərbi prokuror Xanlar Vəliyevin bu gün "Xalq qəzeti" qəzetində çap olunan məqaləsindəndir:

"Xüsusi vurğulanmalıdır ki, 27 sentyabr 2020-ci il tarixdən başlayaraq işğalçı erməni hərbi birləşmələrinin Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla istər hərbçilərimizin mövqelərini, istərsə də dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri müxtəlif silahlardan atəşə tutaraq təmas xətti boyunca törətdiyi cinayət əməlləri, o cümlədən Silahlı Qüvvələrimizin hərbi qulluqçularını və dinc sakinləri öldürmələri, habelə hərbi qulluqçulara və mülki şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri faktları üzrə Hərbi Prokurorluq orqanlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama); 100.2-ci (Təcavüzkar müharibəni aparma); 116.0.7-ci (Müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə); 120.2.1-ci (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə); 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə cinayət işləri başlanılmış və intensiv şəkildə zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, erməni hərbi qulluqçularından Lüdvik Mkrtiçyana və Alyoşa Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (İşgəncə), 115.2-ci (Müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə qanunsuz olaraq keçmə) və digər maddələri ilə ittiham elan olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Bakı Hərbi Məhkəməsinin hökmü ilə hər biri 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bundan başqa, Koryun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və o, beynəlxalq axtarışa verilmişdir. Onu da qeyd etmək lazımdır ki, erməni hərbi birləşmələrinin törətdikləri təxribat faktlarına, hərbçilərimizi və dinc sakinlərimizi öldürmələrinə və ya onların sağlamlıqlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə və digər cinayət əməllərinə görə başlanmış cinayət işləri üzrə işğalçı ölkənin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə bütün zəruri və institusional tədbirlər həyata keçirilir" - deyə, Hərbi prokuror Xanlar Vəliyev qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar