Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şəhid anası İcra Hakimiyyətindən kömək istəyir, səsinə səs verənsə yoxdur - FOTOLAR

Tarix: 04-03-2017 20:46     Baxış: 5380 A- / A+
Şəhid anası İcra Hakimiyyətindən kömək istəyir, səsinə səs verənsə yoxdur


Hələ oğu Əlzamin İslamov əsgərlikdə olanda Hürnisə Kərimova müvafiq orqanlara məktub yazaraq bildirir ki, onun yeganə oğlundan başqa övladı yoxdur, və tək oğlunu ön cəbhəyə göndərməsinlər... Tanışı, imkanı olmadığından başqa yola əl ata bilmir.

Rəsmi qurumlardan anaya cavab gəlir ki, arxayın olun, məktubunuz nəzərə alınacaq. Aprel döyüşləri başlayanda, tənha qadın şəhid olanlar və yaralananlar üçün göz yaşı töksə də, oğlu üçün narahat olmur. Çünki inanır ki, ona söz veriblər, deyiblər ki, ön cəbhəyə göndərilməyəcək oğlu.

Aprelin 6-da isə yeganə oğlu Əlizamin İslamov şəhid olur.

O ananın indi hansı gündə olmasını onun halını görənlər bilər. Dörd divar arasında tənha qalıb. İşləmir. Oğlu ilə birlikdə tikməyə başladığı evi yarımçıq qalıb. 8 aydır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin qapılarını döyməkdən, barmaqları qabar olub. Qeydiyyatda olduğu, sakini olduğu Zabrat kənd bələdiyyəsindən də gəlib evinin divarlarını qara sementlə malalayıb, gediblər... Sonra səs-soraq olmayıb.

Vaxtilə bu evi tikəndə bir dəfə həyətinə buldozer salıb, tənha və kimsəsiz qadının evini başına uçurublar, sonra yenə də öz haqqını tələb edib, həmin Tramvay küçəsindəki torpağına sahib çıxıb. Hürnisə Kərimovanın evinin hasarı, qapı-pəncərəsi də yoxdur.

Lakin bu rayonun səlahiyyətliləri niyə bu qadına belə laqeyddirlər? Bu Allahın da yadından çıxmış Zabratın Tramvay küçəsindəki bərbad yolları yəqin ki, ərazinin deputatı Dilarə Çəbrayılova özünə səs toplayanda bahalı maşınla bir dəfə də olsa gəlib-gedib. O da öz deputat səlahiyyətləri çərçivəsində bir şəhid anası ilə maraqlanmağa vaxt tapmır. Çünki ana deyir ki, deputata da öz dərdini bildirib.

Şəhid anası İcra Hakimiyyətindən kömək istəyir, səsinə səs verənsə yoxdur

Sabunçu rayonunun özünə xaniman quran, bir neçə yerdə obyektləri olan rayon icra başçısı və digər büdcə təşkilatından faydalananları ... 1 həftədə özünüzə xərclədiyinizin yarısını bu qadına yardım etsəydiniz, yarımçıq qalan evinin tikintisini başa çıxarsaydınız, yəqin ki, onun bacısının oğlu Şahrux Mirzəyev sosial şəbəkədən insanlara müraciət etməzdi... Xalası Hürnisənin ah-naləsini evdən çölə çıxarmazdı.

Bəlkə də içərinizdə fikirləşəni olacaq ki, oğlu ölüb, qanpulu davası edir... Bəli elə adamlar var ki, onlar övladları şəhid olandan sonra dünya malından əl çəkirlər. Heç şəhidlərə verilən imtiyazlardan istifadə etmirlər. Ancaq əli hər yerdən üzülən, yeganə oğlunu Vətənin azadlıq savaşında itirən ana Konstitusiya və dövlətimizin ona verdiyi haqqdan və hüquqdan yararlanmaq istəyir. Bu dövlətə güvənmək, arxalanmaq istəyir.

Niyə unudursunuz? Nəyi unudursunuz? Unutmusunzsa bir daha Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”-deyə ifadə etdiyi fikri xatırladıram: “Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.

Aşağıdakı fikirləri isə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid və aprel döyüşçülərinin anaları və doğmaları ilə olan görüşündə söyləmişdi:

“Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik. Sizə də təşəkkür edirik ki, belə vətənpərvər və qəhrəman övladlar yetişdirmisiniz.
Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin.
Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir”.


Şəhid anası İcra Hakimiyyətindən kömək istəyir, səsinə səs verənsə yoxdur


Ölkəmizin prezidenti, vitse-prezidentinin şəhid ailələrinə, Azərbaycan vətəndaşına qayğısı göz önündədir. Bəs siz məmurlar, kreslo güdənlər, mandat sevənlər, nədən dövlətin qarşınıza qoyduğu tələbləri yerinə yetirmək istəmirsiniz? Aprel döyüşlərində şəhid tabutları başında Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbaninin odlu şeirlərini və digər dövlət nümayəndəələrinin “Şəhidlər ölməz, onların xatirəsi bizim üçün əzizdir. Onlar şəhid oldular ki, Vətən yaşasın” kimi şüarlarınizı və odlu çııxışlarınızı nə tez unutdunuz? Sizin üçün torpağın üzü soyuq ola bilər, ancaq o şəhid ailələri və anaları hər birinizin unutmadığı ünvanlar və aulələr olmalıdır. O anaların əlini öpməlisiniz. Çünki şəhid olan sizin deyil, onların övladı oldu. Daha çox onlar itirdilər. Biz hamımız o ailələrə borcluyuq!!!(modern.az)

Aida Eyvazlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar