Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

44 erməni şirkətinin olduğu sərgidə Azərbaycanı 1 ŞİRKƏT TƏMSİL EDİR

Tarix: 11-02-2017 12:55     Baxış: 5421 A- / A+
44 erməni şirkətinin olduğu sərgidə Azərbaycanı 1 ŞİRKƏT TƏMSİL EDİR


"Ulduz” şokolad fabriki Rusiyanın paytaxtı Moskva şəhərində təşkil olunan "PRODEXPO 2017” 24-cü Beynəlxalq qida sərgisində iştirak edir.

Manevr.az-ın məlumatına görə, "Ulduz” şokolad fabriki özünün beynəlxalq standartlara cavab verən 80-dən çox yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub. Ötən illə müqayisədə "PRODEXPO 2017” sərgisinə maraq göstərən iştirakçıların sayı 11 %, ekspozisiyaların həcmi isə 12% artıb.

Məlumat üçün bildirək ki, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirlən Beynəlxalq sərgidə dünyanın 57 ölkəsindən 2178 şirkət iştirak edir. Ermənistandan isə 44 şirkət bu sərgiyə qatılıb.

Maraqlı məqam isə ondan ibarətdir ki, ölkəmizi "Made in Azerbaijan” adı altında yalnız "Ulduz” şokolad fabriki təmsil edir.

Sərgidə Azərbaycanı "Ulduz” şokolad fabrikindən başqa hansı şirkətlərin təmsil etdiyini öyrənmək üçün İqtisadiyyat Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, onlarda bu sərgi ilə bağlı hər hansı məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 5 oktyabr 2016-cı il tarixində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə "Made in Azerbaijan” brendi ilə bağlı Fərman imzalayıb.

44 erməni şirkətinin olduğu sərgidə Azərbaycanı 1 ŞİRKƏT TƏMSİL EDİR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar