Xəbər lenti
İlisunun məşhur şəlaləsi dondu - VİDEO

İlisu dağlarından axan bir neçə şəlalə buz bağlayıb. ARB TV xəbər verir ki, onlardan biri də Ramramay şəlaləsidir.
Havaların sərt keçməsi səbəbindən donan şəlalə gözəl mənzərə yaradıb. Təqribən 75 metr hündürlükdən axan şəlalənin töküldüyü yerdə böyük buz dağı yaranıb.
Sərt dağların arasındakı şəlalənin donması təbiətə əsrarəngiz gözəllik qatır. Şəlalənin ətəyində yayda təxminən 15-20 metr radius məsafəyə sərin su səpələnirdisə, indi həmin ərazidə buz dağı əmələ gəlib.
Kənd sakinlərinin sözlərinə görə, İlisuda altı ay qış olur və hər il bu vaxtı şəlalə donur. Şəlaləyə gedən yol qış aylarında qarlı olduğu üçün ora getmək heç də asan olmur. Lakin çətinliklərə baxmayaraq, bu gözəl mənzərəni seyr etmək ücün qışda da şəlaləyə gedən turistlər olur.
Yerli sakinlər bildiriblər ki, yuxarı qalxdıqca daha bir neçə şəlaləyə rast gəlmək olur ki, onlar da hazırda donmuş vəziyyətdədir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar