Xəbər lenti
Türkiyə Zəfər Bayramını qeyd etməyəcək

Bu il Türkiyədə 30 avqust Zəfər Bayramı qeyd edilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Fikri İşıq məlumat verib.
Onun sözlərinə görə, ölkədə fövqəladə vəziyyət elan olunduğundan bayram tədbirləri baş tutmayacaq:
“Xalqımızın yaşadığı son sarsıntılardan sonra hərbi paradın keçirilməsi doğru deyil”.
Həmin tarixdə Prezident Rəcəb Tayyib Ərdoğan, Müdafiə naziri Fikri İşıq və yüksək rütbəli hərbçilər ənənəvi olaraq Anıtqəbiri ziyarət edəcəklər.
Xatırladaq ki, Atatürkün başçılıq etdiyi türk ordusu 26-30 avqust 1922-ci il tarixlərində işğalçı qoşunların ölkədən çıxarılmasına nail olub. Simvolik olaraq hər il 30 avqust Zəfər Bayramı kimi qeyd edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar