Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Özəl universitetləri bağlamaq düzgün deyil" - ekspert Şahlar Əsgərovun fikirləri /VİDEO

Tarix: 18-01-2017 17:32     Baxış: 5835 A- / A+
"Özəl universitetləri bağlamaq düzgün deyil"

Son bir həftə ərzində Azərbaycanda iki özəl unversitet fəaliyyətini dayandırıb. "Təfəkkür" və "Qafqaz" universitetinin ləğv edilməsindən sonra digər özəl ali təhsil müəssisələrinin də bağlanacağı haqda fikirlər səsləndirlir.

Manevr.az xəbər verir ki, məsələyə münasibət bildirən təhsil üzrə ekspert Şahlar Əsgərov azvision.az-a bildirib ki, Azərbaycanda özəl universitetlər barmaqla sayılacaq qədərdir. Onların bağlanmasına yox, inkişafına dəstək vermək lazımdır.

Ekspertin fikrincə, Azərbaycanda özəl universitetlərə ehtiyac var: "10 il bundan qabaq 4 özəl universitetin bağlanması məsələsi qaldırılmışdı. O zaman Milli Məclisin komissiya sədri kimi prezidentə müraciət edərək bunun qarşısını aldım. Görünür, əsaslı səbəb var ki, iki özəl universiteti bağladılar. Bunun dəqiq səbəbini bilmirəm. Hesab edirəm ki, özəl universitetləri bağlamaq düzgün deyil. Əksinə, özəl təhsil müəssisələrinin inkişafına şərait yaratmalıyıq".

Şahlar Əsgərov vurğulayıb ki, bağlanan özəl universitetlərin yerinə yenisi açılmalı, bağlanmayıbsa, dövlət tərəfindən bazasının yaxşılaşdırılmasına kömək edilməlidir. "Əhalinin orta təbəqəsinin təhsil yükünün özəl universitetlərin çiyninə qoymaq cəmiyyət üçün xeyirlidir. Əgər varlı insanların övladları özəl universitetdə oxuyarsa, dövlət universitetlərindəki yerləri kasıbların uşaqları tutacaq. Bu, cəmiyyət üçün faydalıdır".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar