Xəbər lenti
8 milyarder dünya əhalisinin yarısı qədər sərvətə malikdir
İngiltərənin yardım qurumu olan “Oxfam”ın hesabatına görə, dünyanın səkkiz ən zəngin milyarderi planetin yoxsul əhalisinin yarısı ilə eyni sərvətə sahibdir.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, qlobal yoxsulluğa qarşı mübarizə aparan təşkilat bərabərsizlik tendensiyasını dəyişmək üçün yeni iqtisadi modelin yaradılmasına dair çağırış edib.
“Oxfam” bunun səbəbini əmək haqqının məhdudlaşdırılması, vergi yayınmaları və istehsalçıların şirkətlər tərəfindən sıxışdırılması ilə izah edir. Hazırda əsas diqqət zəngin və reytinqli sahibkarlara daha yüksək gəlirlərin gətirilməsinə yönləndirilib.
Ötən həftə Dünya İqtisadi Forumunun məlumatında bildirilib ki, artan bərabərsizlik və sosial polyarizasiya 2017- ci ildə qlobal iqtisadiyyata iki böyük təhlükə yaradır və bu, qloballaşmanı təsirsiz hala gətirə bilər.
Hesabata əsasən dünyanın kasıb əhalisinin 50 % -i “Microsoft”-un sahibi Bil Qeyts, İspan geyim brendi olan “Zara”-nın sahibi Amansio Orteqa və “Berkshire Hathaway”-ın məşhur investor və baş icraçısı olan Varren Baffetin rəhbərlik etdiyi qrupların 426 milyard dollar dəyərində olan aktivləri ilə eyni sərvətə sahibdir.
Siyahıya Meksika telekom maqnatı və “Grupo Carso”-un sahibi Karlos Slim Helu, “Amazon”-un yaradıcısı Cef Bezos, “Facebook”un sahibi Mark Zukerberq, ABŞ-ın texnologiya şirkəti “Oracle”nın baş icraçı direktou Larri Ellison və Nyu-Yorkun keçmiş meri və “Bloomberg” xəbər və maliyyə informasiya xidmətinin sahibi Maykl Blumberq də daxildir.
“Oxfam”ın ötən ilki hesabatında dünyanın 62 ən zəngin milyarderinin aktivləri dünya əhalisinin yarısı ilə bərabər idi. Lakin, cari ilin hesabatında bu rəqəm 8-ə düşüb. Buna səbəb Çin və Hindistanda yoxsulluğun daha da pisləşməsi, varlı və kasıblar arasında fərqin artmasıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar