Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib -FOTOLAR

Tarix: 12-01-2017 20:27     Baxış: 2437 A- / A+
«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib


«Azərikimya» İstehsalat Birliyinində Azərbaycan “Bilik” Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzinin xətti ilə ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar-mühazirə keçirilib.
“Azərikimya” İB-nin struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi seminarda Mərkəzinin mühazirəçisi, Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov kimyaçılara ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda mühazirə oxuyub.
Natiq qeyd etmişdir ki, multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, yola saldığımız 2016-cı il isə ”Multikulturalizm ili” elan olunub. ”Multikulturalizm ili” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Azərbaycanın müxtəlif regionlarında il boyu mədəni müxtəliflik, tolerantlıq və konfliktlərin həllində mədəniyyətlərarası dialoqun rolu, multikulturalizmin Azərbaycan modeli və dünya multikulturalizm modelləri mövzularında çoxsaylı respublika və beynəlxalq miqyaslı elmi-nəzəri və elmi-praktik konfranslar, seminarlar, “dəyirmi masa”lar, mühazirələr, ədəbi-bədii toplantılar keçirilib, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasının təmin edilməsi, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdılması və bunun dünya siyasətinə dəyərli bir töhfə olaraq təqdim edilməsi isitiqamətində yetərincə əhəmiyyətli təşəbbüslər irəli sürülüb, mühüm addımlar atılıb.

Vurğulanmışdır ki, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması danılmaz bir həqiqətdir və mövcud milli-mədəni müxtəliflik, etnik-dini dözümlülük mühiti respublikamızı çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanına çevrilib. Bu baxımdan ölkəmizdə bu gün mədəni, linqvistik, etnik rənga-rəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikultu-ralizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasına, zənginləşdirilməsinə, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinə zəmin yaradıb.

Natiq dünyada multikulturalizm siyasətinə baxış və Azərbaycandakı multikultural təhlükəsizlik haqqında da fikirlərini bölüşərək, əsrlərdən bəri Azərbaycanda müsəlman-larla xristianların, yəhudilərin və başqa dinlərin, məzhəblərin nümayəndələrinin çox normal şəkildə yanaşı yaşamaqda olduqlarını xüsusilə vurğulamış, bunun Prezident İlham Əliyevin dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına göstərdiyi bərabər münasibətin nəticəsi olduğunu dilə gətirib.
Böyük maraqla qarşılanan tədbirin sonunda dinləyicilərin bir sıra sualları ətraflı cavablandırılıb, yaradılmış normal şəraitə görə Birlik rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Manevr.az

«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib
«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib
«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib
«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib
«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib
«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib
«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib
«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib
«Azərikimya» İB-də ”Azərbaycan multikulturalizminin fəlsəfəsi” mövzusunda seminar keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar