Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məhkəmə icraçıları 10 yaşlı uşağa işgəncə verir-DƏHŞƏTLİ KADRLAR -QUBADA

Tarix: 07-01-2017 10:14     Baxış: 4450 A- / A+
Məhkəmə icraçıları 10 yaşlı uşağa işgəncə verir-DƏHŞƏTLİ KADRLAR


“Youtube” və digər sosial şəbəkələrdə ürək parçalayan video yayılıb. Məhkəmə icraçıları məhkəmə qətnaməsi icra etmək adı altında 10 yaşlı uşağa rəsmən işgəncə verirlər.

Videonu yayanlar qeyd edir ki, hadisə Qubada baş verib. Məhkəmə qətnaməsi olsa belə, bir körpənin bu şəkildə - bağırdaraq anasından alınması heç bir ölçüyə sığmır.

Məlumata görə, videoada görüntülənən 10 yaşlı Nuray Bayramzadədir. O, bu günə kimi atalıq etməyən "bioloji atası”ndan imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Qızcığaz açıq şəkildə bu günə kimi nə ona nə də xəstə anasına (anası artıq dünyasını dəyişib) baxmayan "bioloji ata”sını qəbul etmir.

Lakin Azərbaycandakı məhkəmə hakimləri 10 yaşlı Nuray Bayramzadənin atasının himayəsinə verilməsi barədə qərar qəbul ediblər. Məhkəmə icraçıları isə “ata” ilə bir yerdə o qərarı "icra edirlər”.

Onlar uşağı zorla, onun qışqırıq və fəryadlarına baxmayaraq xalasından ayırıb, döşəmədə sürüyərək aparırlar.

“Ata”nın etdiyi hərəkətlər uşağın onun yanında təhlükəsiz olmadığını göstərsə də, məhkəmə icraçıları “ata”ya dəstək olur, onun uşağı döşəmə ilə sürüməsinə yardım edirlər.

Hazırda baş verənlərdən sarsılan 10 yaşlı Nuray Bayramzadənin həkim nəzarətində olduğu və sayaqlamalarla müşahidə olunan attaklar yaşadığı bildirilir. (bizimxeber.az)

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar