Xəbər lenti 
					
 
		156 ölkəyə bayrağımızı sancan azərbaycanlı - VİDEO

23 ildir səyahət edir. İndiyədək 156 ölkədə olmuş həmyerlimiz Mehrac Mahmudov ilk dəfə Almaniyaya tələbə dostunun dəvəti ilə gedib. Ardınca başqa ölkələrə yolu açılıb. Beləliklə, səyahət etmək həyatının ayrılmaz hissəsinə çevrilib.
Xəzər xəbər məlumat verir ki, yadında ən rəngarəng qalan ərazı məhz Afrika olub. Fərqlı etnik qruplar, saysız adət-ənənələri kamerasının yaddaşına köçürüb.
Arktikaya səfəri zamanı hətta Şimal buzlu okeanında da üzüb. Deyir ki, 3 metr qalınlığında buzun qırılmasından sonra üzə çıxan buz kimi suda üzmək hər kəsə nəsib olmur.
Səyyah ekvator xəttini 25 dəfə keçib. İndiyə qədər 5 min təyyarə reysi edib. Antarktidaya qədər gedib çıxıb.
Mehrac Mahmudov daha çox ekstremal regionlara səfər etməyi sevir. Deyir ki, getdiyi hər yerə Azərbaycan bayrağını sancıb. Hətta Arktikaya gedən atom buzqıran gəmisinə də bayrağımızı asıb.
Dünyada sayı 200 civarında olan dövlətlərdən 156-sını gəzmiş Mehrac Mahmudov bir neçə ildən sonra dünyanın bütün dövlətlərinə ayaq basmış olacaq.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















