Xəbər lenti
Bəxtiyar Vahabzadə: "Hər an gözləyirdim ki, gəlib məni aparacaqlar"
Bu gün mərhum şair, ədəbiyyatşünas, dramaturq Bəxtiyar Vahabzadənin doğum günüdür.
Xatırladaq ki, Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub. Kiçik yaşlarında ailəsi ilə Bakıya köçən Vahabzadə burada orta təhsil alıb. Daha sonra ADU-nun Filologiya fakültəsinə qəbul olub. Şairin “Ana və şəkil” adlı ilk şeirlər kitabı 1943-cü ildə çap olunub.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və başqa xalqların dillərinə tərcümə edilib.
Onun “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc” və başqa pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
Bəxtiyar Vahabzadə milli şurun oyanması prosesinin öncüllərindən idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini göstərib. Şair “Gülüstan” poemasını yazdığı vaxtları xatırlayarkən bunları deyib:
“Bilirsiniz, “Gülüstan”ın mənim üçün tamam başqa anlamı var. Onu Sovetin gurhagur vaxtında yazmışam. Bu əsər mənim ürəyimdən gəlib. “Gülüstan” kimi poema yazmaq çox qorxulu idi. Onu yazandan sonra hər an gözləyirdim ki, gəlib məni aparacaqlar. Amma heç kim gəlmədi. Allah qoruyanda insana heç kim zərər vura bilməz”.
Milli azadlıq hərəkatının öncüllərindən olan Bəxtiyar Vahabzadə 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı seçilib. O, 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. Bundan başqa, “Qırmızı əmək bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunub.
Qeyd edək ki, xalq şairi Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar