Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Unutmayacağıq! Unutdurmayacağıq!!!” -FOTOLAR

Tarix: 30-12-2016 21:19     Baxış: 7535 A- / A+
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”


Yarandığı gündən etibarən Türkiyə gündəmində mühüm layihələrə imza atan “Redaktör” Haber Dergisi Antalya’da “15 Temmuz ve Türkiye” (15 Iyul və Türkiyə) adlı konfrans keçirdi. Konfransa dünyanın 13 ölkəsində yaşayan məşhur dərgi və qəzetlərin, televiziyaların baş redaktorları, rəhbərləri, eləcə də Türk dünyasını xarici ölkələrdə təmsil edən qurumların rəhbərləri və nümayəndələri dəvətli idi.

Dəvətlilər arasında mən də var idim. İstanbul hava limanında enib, Antalayaya getmək üçün içəri xətlərə keçəndə gözüm kitab köşkünə sataşdı. Təyyarəyə minik başlamadığından gözləmə vaxtımı bu kitabların arasında əritmək istədim. Qiymətləri fərqli idi. 35 tl-dən yuxarı... Birdən gözümə Qazi Müstafa Kamal Atatürkün “Nutuk” kitabı sataşdı. Satıcıdan onu istədim. Qiymətinə baxdım. 14 tl-yə. Həmən satıcıdan nədən bu kitabın belə ucuz satıldığını soruşanda, dedi ki, onu elə ucuz qiymətə satırlar ki, bütün gənclər, insanlar alıb oxuya bilsinlər. Həm də ki, kitabı çap edənlər onun çap xərcini üzərinə qoymurlar. Təki hər kəsin evində bir “Nutuk” olsun”.

...Kitabı vərəqləyəndə elə ilk səhifədə başlanğıcda Atatürkün yazdığı bu cümlələrə ilişib qaldım:

“1919-cu ilin May ayının 19-u günü Samsuna çıxdım. Ümumi mənzərə və vəziyyət belədir: Osmanlı Dövlətinin daxil olduğu qrup Dünya müharibəsində məğlub olmuşdu, məğlubiyyətdən sonra isə ağır şərtlər altında biabırçı bir atəşkəs imzalanıb. Uzun zamandan bəri davam edən Dünya müharibəsi insanları yormuş və fağır bir duruma gətirmişdir. Ulusu və ölkəni Dünya Savaşına cəlb edənlər, artıq öz həyatlarını xilas etmək haqqında fikirləşərək, ölkədən qaçıblar. Səltənət və xilafət öz növbəsində bu ağır məqamdan qurtulmaq üçün, taxtını qorumaq üçün vasitələr axtarmaqdadır. Damat Fərid Paşanın rəhbərlik etdiyi hökumət zavallı, bacarıqsız, güvəncsiz və qorxaqdır; yalnız padşahın buyruğu ilə və onunla birlikdə özlərini qorumaqdan başqa çarələri yoxdur...

Ordunun əlindən silahları və cəbbəxanası alınmış və alınmaqdadır... Antanta dövlətləri atəşkəsin şərtlərinə əməl etməyə lüzum görmürlər. Min bir bəhanə ilə Antantanın donanmaları və əsgərləri İstanbulda...

... Bundan başqa da, ölkənin hər tərəfində Xristianlar gizli, açıq şəkildə istək və arzularının gerçəkləşməsi üçün və dövlətin bir an içərisində çökməsi üçün çalışırlar...”

Mustafa Kamal Atatürkün 97 il əvvəl may ayının 15-də gördüyü mənzərə ilə bu gün çağırışına gəldiyimiz Türkiyənin halı hardasa eyni idi. Bu gün də dünyanın qarışıq gücləri Türkiyəni diz çökdürməyə, qalxmaq istədiyi ucalıqdan endirməyə
çalışırlar. Son Türkiyə isə Atatürkün qurduğu Türkiyədir. Xırda çalxanmalar, xırda savaşlar onu sarsılda bilməz.

Bu ilin yayında iyul ayının 15-də qurulmuş darbe (çevriliş) də bir baş tutmayan oyunun qanlı tarixi kimi Türkiyə tarixinə yazıldı. Bütnü dunya təlatümdə idi. Artıq neçə illərdir ki, təlatümlə, hirs və hikkəylə ulu türk dövlətini çğkdürmək istəyənlər terrorlar edir, Ana Türkiyəmizi qana boyayırlar. Son illərdə Türkiyə bir Çanqqalə savaşındakı qədər qurban verib terrora.

Antalyanın beş ulduzlu otelində dünya yazarlarını qarşılayan “Redaktör Haber Dergisi”sinin baş redaktoru və sahibi İbrahim Gökdemir də qonaqlarını qarşılayaraq, söz yazanları Türkiyənin son aylarda başına gələnlərdən şahidlərin dili ilə xəbərdar etməyə toplamışdı. Uca Türk dövlətinin İstiqlal marşı çalındıqdan sonra, Redaktör Dergisi imtiyaz sahibi İbrahim Gökdemir Fətullahçı Terror Qrupunun törətdiyi 15 iyul gecəsinin şahidlərinin də bu salonda toplaşdığını söylədi. Həmin gün şahidlər danışdı. Həmin gün Türk sevdalıları danışdı. Qazaxıstan Türk Xalqları Mədəniyyət Vəqfinin Başkanı prof.Dr. Ahmet Dağduran 13 ölkədən 100-dən artıq yazarın və jurnalistin qatıldığı tədbirin önəmini qeyd edərək, yazı adamlarının həqiqəti, haqqı dünyaya çatdırmalarının , vicdanlarının səsi ilə Böyük Türkiyəyə sözləri ilə, harayları ilə yardımçı olmalarını istədi. Dedi ki, haqqı əymək olmaz!

Ak Parti Ankara Millət Vəkili Nevzat Ceylan Türkiyənin müstəqilliyini, azadlığını, hürlüyünü asan başa gəlmədiyini belə anlatdı: “Bu ölkə heç nəyi asanlıqla qazanmadı. Bizim mədəniyyətimizin təməlində Mevlanə, Yunus Əmrə kimi gözəl və əvəzsiz olan, dünyaya insanlığı öyrədən bir mədəniyyət dayanır. Biz fəth eytdiyimiz ölkələrdə sül və barış yaydıq. Qardaşı qardaşa qırdırmadıq, körpələri öldürmədik. Dünyanı bir-birinə qarışdıran ölkələr haqqında isə bunu demək mümkün deyil. İçimizdə olan mədəniyyəti hər zaman bütün dünyaya yaymaqda davam etdik. Ölkəmizdə imperial güclərin marağı olmasına hər zaman şahid olduq. Türkiyənin qarşısını hər zaman kəsmək istədilər. Nə zaman ki, silkənib qalxmaq istədik, bizim yüksəlişimizdən narahat olan güclər bir oyun qurdular. Biz isə şəhidlər verdik, ancaq Vətəni əyilməyə qoymadıq. Demokratiyanı şəhidlərimizin qanı sayəsində qoruyub saxlaya bildik... Bu uca millətin böyüklüyünə iyul ayında bir daha şahid olduq. Ancaq bizi devirmək istərlərsə, cavablarını həmən alacaqlar. 21-ci əsr Türk Millətinin əsri olmalıdır! Dünyanın ən güclü ölkəsi olmağa davam edəcəyik. ”.

Ak Parti Çorum Millət vəkili Türkiye Büyük Milllet Meclisi idare Amiri Salim Uslu dünyanın hər yerindən gələn jurnalistləri salamlayaraq, dedi ki, türk milləti kimi bayrağını canından əziz bilən bir millət görmədim. Biz 15 iyul günündə Türk tarixi üçün daha bir təzə dastan yazdıq. Zatən Türk millətinin qanı, tarixi,

ürəyi dastanlarla doludur. Kuləli vaqeəsindən sonra, Türkiyədə 17 dəfə çevriliş olub. Türk milləti gələcəyinə sahib çıxmağı bacarır. 15 iyulıda biz 250 şəhid verdik, 2500 yaralımız oldu. Bütün bu faciələri yaşayarkən, biz həm də dostumuzu düşmənimizdən ayıra bildik. Dost bildiyimiz Avropa Birliyindən heç bir dəstək almadıq. 63 ildir bizi qapısında gözlədən bir birliyin belə münasibət sərgiləməsindən sonra, biz də öz planlarımızı dəyişmək məcburiyyətindəyik. Türk milləti adından həmin o güclərə səslənirik:15 iyuldan sonra, daha heç nə əvvəlki kimi olmayacaq, biz indi hər şeyi millətin iradəsi ilə həll edəcəyik”.

Konfransda Rusiyanın Dağıstandan gələn sabiq millət vəkili Məhəmməd Süleymanov da iştirak edirdi. Kürsüyə çıxan Məhəmməd Süleymanov Rusiya dövləti adından danışdı. Dedi ki, Rusiyanın fövqəladə və səlahiyyətli elçisinə qarşı terror etməklə, iki ölkəni bir-birinə salışdırrmaq istəyənlər arzularına çatmadılar. Rusiya bir böyük dövlət kimi həmin 15 iyul günlərində Türkiyənin yanında oldu. Biz inanırıq ki, Rusiya və Türkiyə dostluğu bundan sonra daha da möhkəm təməllər üzərində qurulacaq və güclənəcək.

15 iyul şahidlərinin içərisində İstanbulun həminqanlı gecəsində tankın qabağına uzanıb, ona yol verməyən Yaşar Yıldız da var idi.Yaşar Yıldız indi Türkiyənin Xalq Qəhrəmanıdır. Həmin gecəni belə xatırladı: “ Başbakanımız açıqlama verirkən, tez avtomobilimə minib 1 saatlıq yolu 25 dəqiqə ərzində həmin meydana çatdım. 5 dənə zirehli maşın atəş açarkən əlimdə şanlı bayrağımız onların önünə çıxdım. Yerə sərilib, qışqırdım ki, keçə bilsəniz keçin bu bayrağın üstündən. Biz bu mücadilənin görünən üzüyük. Güllələrin önünə keçərək, Şəhidlik mərtəbəsinə yüksəlməkdən çəkinmədik. Vətən olmasa, ana olmaz, deyə fikirləşdik. Allah o gecə içərimizdən qorxunu yox etmişdi. O gecə bir Canak qala mücadiləsi yaşadıq. O gecə Türk millətinin 15 İyul dastanının yazılmasına səbəb oldu. Onu bilin ki, biz öldürmək üçün deyil, yaşamaq üçün çalışırıq. Allah bu Vətəni, bu bayrağı heç zaman endirməsin”.

15 Temmuz Vətən Şəhidləri Gaziləri dərnəyinin yaradıcısı, 26 yaşlı şəhid Muhammet Oğuz Kılıncın anası Meltem Kılınc da iştirakçılar arasında idi. O şəhid oğlu ilə fəxr etdiyini dedi. Və əlavə etdi ki, onun oğlu ilə şəhidlik zirvəsinə ucalanlar, canlarını qurban verdilər ki, bu dövlət , bu millət yaşasın.

Daha sonra panel müzakirələri oldu. Panel müzakirələrində Əl-Cəzirə Media Qrupunun, Londonda dərc olunan “İngiltere Türk Dünyası” jurnalının baş redaktotru və təsisçisi Atilla Abacioğlu, Almaniyada Media qrupun rəhbəri Orhan Kurtər və yerli jurnalistlərlə müzakirələr oldu. Müzakirələrdə mən öz tərəfimdən 20 yanvar şəhidlərimizin tanklar qarşısına çıxmasını, kəsilmiş bir qolunu tankıln altından götürüb , həmin qolu ilə tankı döyən azərbaycanlı qəhrəman haqqında danışdım. Və dedim ki, biz də tankların qarşısında ilk azadlıq mücadiləmizin şəhidlərini verdik.

Bursadan olan jurnalist Sevgi Akyuz isə Türkiyə tərəfinin iştirakçılarından həmin günlərdə Rizə şəhərində Atatürkün bələdiyyə binasının qarşısından heykəlinin götürülməsindən və bu səbəbdən çox böyük acı keçirməsindən danışdı. Sualına belə cavab verdilər ki, yəqin ki, başbilənlər o heykəli qoymağa yer tapacaqlar.

Əslində həmin sualı mən də verəcəkdim. Sevgi Akyuz xanım məni qabaqlamışdı. Və nə yaxşı ki, belə də oldu. Çünki birdən həmin Sevgi Akyuz, dönüb məndən soruşsaydı ki, Siz nədən Məmməd Əmin Rəsulzadənin heykəlinin başına gah torba keçirirsiniz, və ilk Müstəqil Azərbaycan Cümhuriyyətini elan edən bu dahinin heç yerdə heykəli yoxdur. O belə sual vermədi. Olsaydı, cavab verəcəkdim ki, dünyada o qədər uçurulmuş heykəllər olur ki, əsas odur ki, Vətənimizi Vətən edənlərin, Türk adımızı dünya ilə bir edib önümüzdə düşmənləri baş əydirənlərimizin heykəlini ürəklərimizdən silməyək.

Bəli bü gün, Türkiyə də, Azərbaycan da həm içəridən , həm də xaricdən düşmənlərlə doludur. Türkiyə olmazsa, Azərbaycan da olmaz! Biz hər zaman arxamızı ona söykəmişik! Biz onunla güclüyük! Heydər Əliyevin təbirincə desək “Bir millət iki dövlət” olan birliyimiz ağır və acı günlərini yaşayır. Qazi Mustafa Kamal Atatürk “Nutuk” əsərinin başlanğıcında yazdığı həmin 1919-cu ilin durumu bugünkü mənzərəyə necə bənzəyir: “ ... Osmanlı Dövləti çöküb, ömrü tamamlanmışdı. Osmanlı torpaqları tamamən parçalanmışdı. Ortada bir ovuc Türkün inandığı bir ata yurd qalmışdı. Son məsələ, bunun da bölünməsini saxlamaqdan ibarətdir. Osmanlı Döbləti, onun müstəqilliyi, padişah, həlifə, hökumət, bunların hamısı öz anlamını itirib, böş sözlərdən ibarətdir... Əfəndilər, bu durum qarşısında tək bir qərar var. O da beynəlxalq aləmdə tanına biləcək qeydsiz, şərtsiz müstəqil yeni bir Türk Dövləti qurmaq!”.

Və mən də inanıram ki, həmin Türk dövləti artıq qurulmağa başlayıb. Milliyyətindən və irqindən, dinindən asılı olmayaraq Türkiyəni sevən hər kəs o Ata Yurdunun a al qırmızı günəş kimi yanan bayrağını enməyə qoymamalıdır. O bayrağın qırmızısından Azərbaycana, Qazaxıstana, Özbəkistana, Türkmənistana, Qırğızıstana, Kiprə, ... üzü Sabiriyyədən Mogolustana qədər bütün türk yurdlarına səfqətli bir rəng düşür və dalğalandıqca ürəyimizsə sərin mehləri rahatlıq gətirsin.

Aida Eyvazlı

Manevr.az

“Unutmayacağıq! Unutdurmayacağıq!!!”
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”

“Unutmayacağıq! Unutdurmayacağıq!!!”

“Unutmayacağıq! Unutdurmayacağıq!!!”
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”
“Unutmayacağıq! Unutdurmayacağıq!!!”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar