Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xəzərdə baş verən faciədə İRAN İZİ - ŞOK AÇIQLAMA

Tarix: 21-12-2016 14:34     Baxış: 5395 A- / A+
Xəzərdə baş verən faciədə İRAN İZİ


Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə münasibət bildirib.
Manevr.az-ın verdiyi xəbərə görə, N.Miri Publika.az-a açıqlamasında deyib ki, İran prezidentinin işğalçı Ermənistana səfərinə biganə mövqe ilə yanaşmaq olmaz:
“Çünki bu səfər zamanı iki ölkə arasında çox ciddi əməkdaşlıq müqavilələrinin imzalanması nəzərdə tutulur. Bu anlaşmaların içərisində anti-Azərbaycan müqavilələri də var. Bu gün İranın Ermənistana açıq dəstək verməsi Azərbaycana qarşı atılan addımlardan biridir”.
Politoloq qeyd edib ki, bir sıra dövlətlər özlərini Azərbaycana “dost” ölkə kimi göstərmiş olsalar da, ancaq bu gün həmin dövlətlərdən, xüsusilə də Rusiya və İrandan ölkəmizə qarşı təhlükələr mövcuddur:

“Bu yaxınlarda İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri zamanı da Azərbaycanı təhdid edəcək bir sıra davranışlar müşahidə olunub. Rəsmi müstəvidə olmasa da, İranın ayrı-ayrı dini nümayəndələri vasitəsilə Azərbaycan təhdid olunub. Hətta, İrandan Azərbaycan əhalisinə dirəniş çağırışları oldu. Bütün bunlar isə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqdır. Mən bu cür təhlükələrin bütün zamanlarda olduğunu düşünürəm”.
N.Miri vurğulayıb ki, İranın Azərbaycana qarşı təzyiqləri və təhdidləri təkcə bununla bitmir:

Xəzərdə baş verən faciədə İRAN İZİ


“Hətta, mən dekabrın 15-də Xəzər dənizində baş vermiş hadisənin də arxasında İranın əlinin olduğunu istisna etmirəm. Siyasətdə təsadüflər olmur. Həmin vaxtı İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfərindən az sonra neftçilərimizin itkin düşməsinin təxribat olma ehtimalı böyükdür. Çünki İranın maraqlarına xidmət etməyən və bilavasitə Azərbaycanın təhlükəsizliyi ilə bağlı reallaşan İsrailin Baş nazirinin səfəri zamanı Xəzərdə növbəti faciə baş verdi. Düşünürəm ki, bu hadisə çox ciddi şəkildə araşdırılmalıdır. Mən bu hadisənin İran xüsusi xidmət orqanları tərəfindən törədilməsini qətiyyən istisna etmirəm. İsrail Baş nazirinin Azərbaycana səfəri qonşu İran üçün çox həssas məsələdir. Əslində, bu səfər öncəsi İranın davranışları da bu şübhələri ortaya qoyur. Xəzərdə baş verən həmin hadisə İsrailin Baş nazirinin Bakıya səfərindən bir həftə əvvəl və ya sonra da ola bilərdi. Ancaq çox maraqlıdır ki, bu hadisə İsrail Baş nazirinin səfərindən dərhal sonra oldu. Bu isə müəyyən şübhələr yaradır”.
Xatırladaq ki, dekabrın 13-14-də İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanda səfərdə olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar