Xəbər lenti
Partiya sədri icra başçısını çoban adlandırdı -"Buraxın, o öz təsərrüfatı ilə məşğul olsun..."
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Qrabağ İcmasının sədri Bayram Səfərovun taleyüklü problemimizlə məşğul olmaq əvəzinə, şəxsi təsərrüfatını inkişaf etdirdiyini dilə gətirib.
Manevr.az xəbər verir ki, partiya sədrinin fikrincə, iki strateji posta yiyəliklənən B.Səfərov, istəsə belə, Qarabağ problemi ilə məşğul ola bilməz. Çünki, onun bu işəri həyta keçirməyə nə vaxtı, nə də qabiliyyəti yoxdur:
“Bu gün Qarabağ icmasının rəhbərliyi və bu icma adından danışmaq səlahiyyəti bir çobana tapşırlıb. Əlavə, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsi də həmin adama həvalə edilib. Bayram Səfərov adlı bu adam insafən, təsərrüfat işlərini, xüsusən maldarlığı və qoyunçuluğu çox yaxşı bilir. Torpaq almaq məsələsində çox fərasətlidir. Belə ki, Muğan zonasında 1000 hektarlarla torpaq sahələrinə, sayı-hesabı bilinməyən qoyun və mal sürülərinə sahib olmağı bacarıb. Bakı şəhərində restoran, digər içtimai iaşə şəbəkələrinə nəzarət etməyi bacarır. Ticarəti o qədər gözəl bilir ki, hətta, çayxanaya gələnlərdən tualet pulu almağı gözdən qaçırmır. İndi bu adamın intellektual səviyyəsini, vid-fasonunu qoyaq bir tərəfə, bu boyda ağır biznes yükünü daşıyan adamın Qarabağ problemi ilə məşğul olmağa vaxtı çatarmı? Yaxud, bu cənab beynəlxalq səviyyədə Azərbaycanı necə təmsil edə bilər? İllərdir kimsə səsini çıxartmır. Bu bizim Qarabağ məsələsinə lazım olan səviyyədə yanaşmamağızın göstəricisidir. Stalin deyirdi ki, kadrlar hər şeyi həll edir. Hakimiyyətin kadr siyasəti budur. Qarabağ bölgəsindən minlərlə intellektli, qabiliyyətli kadrlar tapmaq olar ki, yuxarıda göstərilən vəzifələri layaqətlə yerinə yetirsin. Buraxın, Bayram Səfərov da öz təsərrüfatı ilə məşğul olsun”, deyə E. Musayev vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar